Hal-hazırda Ayna qəzetinin 13.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
MSK namizədin şikayətini lağa qoyub
Qurum hələ ki, heç bir dairənin nəticəsini ləğv etməyib
Şənbə, 13.11.2010


İ.Abbasov
mətn ölçüsü  

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

21 saylı Nəsimi 1-ci Seçki Dairəsinin namizədi Sərdar Cəlaloğlunun məntəqələrin fəaliyyətindən narazılığı ilə bağlı şikayəti əsassız sayılıb. 63 saylı Sabirabad 1-ci Seçki Dairəsində DSK üzvlərinin 8-9 noyabr tarixlərində yerlərində olmaması barədə bu dairədən namizəd olmuş Qiyas Sadıxovun şikayəti də əsassız hesab edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, bu şikayət poçt vasitəsi ilə göndərilə bilərdi.

N.Məmmədov 38 saylı Nizami 2-ci Seçki Dairəsindən namizəd olmuş Akif Hüseynovun seçkiqabağı təşviqatın qaydalarının pozulması barədə müraciətini isə gülünc sayıb: "Çünki məktubda müraciətin noyabrın 28-də göndərildiyi qeyd olunub. Bəziləri çaşdıqlarından müraciətlərinin tarixini az qala bir ay sonraya yazırlar".

8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən namizəd olmuş Arzu Səmədbəyli DSK-nın iclasının yekun protokolunun ona verilməməsi ilə bağlı MSK-ya şikayət edib. MSK katibi Natiq Məmmədov deyib ki, araşdırma zamanı protokolun namizədlərə verildiyi məlum olub. MSK sədri Məzahir Pənahov isə belə müraciətlərin əsassız olduğunu bildirib: "Yekun protokolun verilib-verilməməsi ciddi müzakirə mövzusu ola bilməz".

MSK üzvü Gülağa Aslanlı deyib ki, DSK-ların heç biri noyabrın 8-9-da işləməyib: "Namizədlər DSK-nın qərarı onlara verildikdən sonra şikayət edə bilərlər. DSK-lar işləmədiyindən protokolları birbaşa MSK-ya gətiriblər. Namizədlər yekun protokolu ala bilmədikləri üçün şikayət edə bilməyiblər".

MSK üzvü Akif Qurbanov isə bildirib ki, yekun protokollar böyük əhəmiyyət daşıyır və MSK sədrinin bu protokolların namizədlərə verilməməsinin elə bir əhəmiyyəti olmadığı barədə söylədiklərini qəbul etmir.

MSK sədri Məzahir Pənahov bildirib ki, protokolu yox, DSK-nın qərarını nəzərdə tutub: "Mən həmişə dairə seçki komissiyalarının sədrlərinə demişəm ki, iş yerinizdə olmalısınız. Onlar 8-9 noyabrda da yerlərində olmalı idilər. Bu mənasız mübahisəyə son qoyulmalıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ATƏT-in bəzi işləri Pənahovun xoşuna gəlmir

Rimski-Korsakovun "Şəhrizad" baleti təqdim olunacaq

Bölmənin digər xəbərləri
 
YFC qərargah rəisinin Bakı səfəri
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir

Bahar Muradova:
"Yenidən seçki keçirməyə ehtiyac yoxdur"

"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
İlham Əliyevdən növbəti sərt açıqlama

Sergey Lebedevdən riyakarlıq?
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanda verdiyi açıqlama ilə bağlı Ermənistana təkzib məktubu göndərib

Həmsədrlər hesabatla çıxış ediblər
Həştərxan bəyanatı alqışlanıb

Nalbandyan nala-mıxa vurur
Və bizi faşist Almaniyası ilə müqayisə edib

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib
Səbəb - parlament seçkiləridir

Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
"ATƏT-də hələ də seçki proseslərinin vahid monitorinq qaydaları işlənməyib"

7 noyabr günü gördüklərim
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər