Hal-hazırda Ayna qəzetinin 13.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Sergey Lebedevdən riyakarlıq?
Sergey Lebedevdən riyakarlıq?
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanda verdiyi açıqlama ilə bağlı Ermənistana təkzib məktubu göndərib
Şənbə, 13.11.2010


İlkin
mətn ölçüsü  

MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedevin Bakıda jurnalistlərə verdiyi açıqlamasındakı bəzi fikirləri Ermənistanda narazılıqla qarşılanıb. Ermənilərin Lebedevin açıqlamasında xüsusən "işğal olunmuş ərazilər" ifadəsini işlətməsi xoşuna gəlməyib. Bu səbəbdən S.Lebedev tələm-tələsik Ermənistanın XİN rəsmisi Edvard Nalbandyana təkzib məktubu göndərib.

Məktubda bu cür açıqlama vermədiyini, fikirlərinin Azərbaycan jurnalistləri tərəfindən təhrif olunduğunu bildirib. Məktubda deyilir: "Həmçinin mənim tərəfimdən qeyd olunub ki, MDB İcraiyyə Komitəsi danışıqlar prosesində iştirak etmir, buna görə də mənim danışıqların mahiyyətindən xəbərim yoxdur və bu barədə danışa bilmərəm. Bununla əlaqədar sizi rəsmi şəkildə məlumatlandırıram ki, bəzi informasiya agentliklərinin mənə istinadən yaydığı "Biz işğal olunmuş ərazilərin azad olunması, Naxçıvanla Azərbaycan, Qarabağla Ermənistan arasında dəhlizin yaradılması məsələsini müzakirə edirik" fikri həqiqətə uyğun deyil. Fürsətdən istifadə edərək MDB-nin gələcəkdə daha da möhkəmləndirilməsi maraqlarından çıxış edərək Ermənistan rəhbərliyinə səmimi və konstruktiv münasibət bəslədiyimi bir daha nəzərinizə çatdırıram".

Təkzib məktubundan göründüyü kimi, S.Lebedev guya jurnalistlərə "danışıqların mahiyyətindən xəbərdar olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini" deyib. O, məktubunda əsas ağırlığı bu fikrin üzərinə salsa da, dolayı yolla həm də "işğal olunmuş torpaqların azad edilməsi" ifadəsini işlətdiyini də inkar etməyə çalışıb. Bunu nəzərə alaraq S.Lebedevin jurnalistlərə verdiyi açıqlamanın lent yazısındakı mətni olduğu kimi diqqətə çatdırırıq.

MDB-nin icraçı katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişinə dair sualı belə cavablandırıb:

"Özünüz görürsünüz ki, Rusiya rəhbərliyi bu münaqişənin nizamlanması üçün necə səylər göstərir. Üçtərəfli görüşlər keçirilir, belə görüşlər iki il əvvəl başlayıb. Son üçtərəfli görüş Həştərxanda keçirilib. Bildiyiniz kimi, orada həm əsirlərin, həm meyitlərin dəyişdirilməsi ilə bağlı konkret razılaşmalar əldə olunub. Bunlar irəliyə doğru kiçik addımlardır. Amma biz bu addımların davamının olmasına, razılaşmanın əldə edilməsinə çalışırıq. Bu məsələ də müzakirə olunur, həm işğal olunmuş ərazilərin azad edilməsi, həm Naxçıvanla Azərbaycan, həm də Qarabağla Ermənistan arasında dəhlizin yaradılması. Bundan başqa bir çox digər humanitar məsələlər də müzakirə olunur".

S.Lebedev açıqlamasının davamında MDB İcraiyyə Komitəsinin deyil, MDB-yə daxil olan ölkələrin, ilk növbədə isə Rusiyanın münaqişənin nizamlanması prosesinə cəlb olunduğunu deyib:

"Hamı bizim iki qardaş dövlətə aralarındakı problemi həll etməkdə kömək etməyə səy göstərir".

Lebedevin açıqlamasının yer aldığı lent yazısı əslində MDB icraçı katibinin təkzib məktubundakı fikirlərinin yalan olduğunu, bu məktubu ermənilərin təzyiqi qarşısında yazdığını təsdiqləyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Nesterenko Nalbandyana cavab verdi

Ermənilər öz mahiyyətlərini bir daha sərgilədilər

Erməni tərəf danışıqları ləngidir

Suat Kınıklıoğlu: "Ermənistanla münasibətlərin normallaşması ikitərəfli səviyyədə ola bilməz"

Nalbandyan nala-mıxa vurur

Bölmənin digər xəbərləri
 
YFC qərargah rəisinin Bakı səfəri
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir

Bahar Muradova:
"Yenidən seçki keçirməyə ehtiyac yoxdur"

"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
İlham Əliyevdən növbəti sərt açıqlama

Həmsədrlər hesabatla çıxış ediblər
Həştərxan bəyanatı alqışlanıb

MSK namizədin şikayətini lağa qoyub
Qurum hələ ki, heç bir dairənin nəticəsini ləğv etməyib

Nalbandyan nala-mıxa vurur
Və bizi faşist Almaniyası ilə müqayisə edib

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib
Səbəb - parlament seçkiləridir

Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
"ATƏT-də hələ də seçki proseslərinin vahid monitorinq qaydaları işlənməyib"

7 noyabr günü gördüklərim
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər