Hal-hazırda Ayna qəzetinin 13.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
"Ermənistan bir coğrafi və iqtisadi dalandır"
İlham Əliyevdən növbəti sərt açıqlama
Şənbə, 13.11.2010

C.Məzahiroğlu mətn ölçüsü  

"Azərbaycanın qüdrətli, peşəkar, mübariz ordusu istənilən vəzifəni icra etməyə hazırdır". APA-nın "AzərTAc"-a istinadən verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılış mərasimində bəyan edib.

İlham Əliyev deyib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışır:

"Ancaq bu, hələ ki, mümkün deyil. Bunun bir səbəbi var - Ermənistanın hərəkətləri. Yəni Ermənistan torpaqlarımızı zəbt edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o yerlərin, rayon mərkəzlərinin, kəndlərin adlarını dəyişdirib. Ancaq bunun heç bir mənası yoxdur, ad dəyişməklə heç nə dəyişmir. Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri, Ağdamı onların qoyduqları qondarma adlar ilə çağırmır. Ancaq buna baxmayaraq, biz gərək daha da güclü olaq. Biz güclənirik və gün gələcək torpaqlarımızı azad edəcəyik, Kəlbəcəri də, Laçını da, Şuşanı da. Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq. Bu bizim torpağımızdır və bir qarış torpağımızı düşmənə verməyəcəyik".

Prezident qeyd edib ki, hökumət məcburi köçkünlərin yaşayış şəraitini, həyatını yaxşılaşdırmağa çalışsa da, bunlar müvəqqəti xarakter daşıyır: "Bir də demək istəyirəm ki, bu, müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda bundan da gözəl evlər tikəcəyik".

Dövlət başçısı deyib ki, Azərbaycanın qüdrətli, peşəkar, mübariz ordusu istənilən vəzifəni icra etməyə hazırdır: "Bu qədər ki, biz ordu quruculuğuna diqqət göstəririk, son illər ərzində o qədər ki, hərbi gücümüzü artırmışıq, istənilən anda və qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edə bilərik. Əminəm ki, düşmən də, bu məsələ ilə məşğul olan tərəflər də bunu bilirlər. Mən istəmirəm ki, yenidən qan tökülsün, yenidən qurban verək, yenidən şəhidlər olsun. İstəyirəm bunu danışıqlar yolu ilə, siyasi yolla, iqtisadi addımlarla həll edək. Bizim əlaqələndirilmiş şəkildə aparılan bütün siyasətimiz bu məqsədi güdür. Biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafi və iqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu, əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

Hərbi səneye müəssisələrinin açılışı olub

Bu il maaş və pensiyalar artacaq

Maaşlar artırılacaq

Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq

Bölmənin digər xəbərləri
 
YFC qərargah rəisinin Bakı səfəri
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir

Bahar Muradova:
"Yenidən seçki keçirməyə ehtiyac yoxdur"

Sergey Lebedevdən riyakarlıq?
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanda verdiyi açıqlama ilə bağlı Ermənistana təkzib məktubu göndərib

Həmsədrlər hesabatla çıxış ediblər
Həştərxan bəyanatı alqışlanıb

MSK namizədin şikayətini lağa qoyub
Qurum hələ ki, heç bir dairənin nəticəsini ləğv etməyib

Nalbandyan nala-mıxa vurur
Və bizi faşist Almaniyası ilə müqayisə edib

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib
Səbəb - parlament seçkiləridir

Rusiya bizim seçkilərə verilən qiymətlə razı deyil
"ATƏT-də hələ də seçki proseslərinin vahid monitorinq qaydaları işlənməyib"

7 noyabr günü gördüklərim
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər