Vitse-spiker AXCP-Müsavatın bəyanatına münasibət bildirir
"Müxalifətin yenidən seçkilər keçirmək barədə səsləndirdikləri fikirlər tam əsassızdır. Seçkilər yüksək səviyyədə keçirilib".
Bu sözləri "Ayna"ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova AXCP-Müsavat liderlərinin seçkilərin nəticələrini tanımamaqla bağlı bəyanatını şərh edərkən dedi. Onun sözlərinə görə, seçki kampaniyasında xırda pozuntular, nöqsanlar ola bilər:
"Hər hansı bir dairədə təkrar seçkilər keçirilməsinə, bu və ya digər seçki nəticələrinə kölgə salmağa xidmət edən səbəbləri mən görmürəm".
Bahar Muradova parlament seçkilərini "çox yüksək səviyyədə keçən seçkilər" kimi dəyərləndirir. Vitse-spiker yaxın zamanlarda parlamentin öz işinə başlayacağını və öz funksiyalarını həyata keçirəcəyini bildirir.
|