Hal-hazırda Ayna qəzetinin 06.11.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.11.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Gənclərin musiqiyə münasibəti dəyişib"
"Gənclərin musiqiyə münasibəti dəyişib"
Amma az məşq edirlər
Şənbə, 06.11.2010

Xatun mətn ölçüsü  

"Notu əzbərləyib çalmaq olar. Amma mən bu qənaətdəyəm ki, gərək ifaçının ürəyi, dəst-xətti, yaradıcılıq yolu olsun. Bunlar olmayanda hər şey süni görünür". Xalq artisti, tarzən Firuz Əliyev bu qənaətdədir. Onun sözlərinə görə, tar sənəti çox çətindir. Ona görə də tarzən həmişə məşq etməlidir. "İfa etməyən adam tarı sinəsində bir dəqiqədən artıq saxlaya bilməz. İfaçılıq hər bir ifaçının özündən asılıdır. Səhnəyə çıxanda hər bir ifaçı həyəcan keçirir. Nə qədər peşəkar olsan da, "birdən alınmaz" deyə düşünürsən. Amma inanın ki, tarı çalmağa başlayanda hər şey yadımdan çıxır. Canımın ağrısını da hiss etmirəm. Hər muğamı çalanda istər-istəməz o aləmə qapılırsan, dünyanı, ətrafda baş verənlərin hamısını unudursan", - deyə F.Əliyev bildirdi.

Tarzən etiraf edir ki, bu günə qədər həyatda nail olduqlarına görə tara borcludur. Hazırda özünü alətsiz təsəvvür belə etməyən Firuz Əliyev iddia edir ki, hətta bütün ağrı-acılarını da tarla müalicə edir. Çünki o, tarı əlinə alan kimi, dünyanın bütün dərdlərini unudur.

Söhbət əsnasında öyrəndik ki, xalq artistinin televiziyanın, radionun fondunda lent yazıları saxlanıb.

REKLAM

Vaxtilə ifa etdiyi muğamları dinləyəndə ifaçı yeni əsərləri yazdırmaq barədə düşünür. Dediyinə görə, reklam olunmağı sevməsə də, ifalarının musiqi tarixində qalacağı fikri onu bu işə həvəsləndirir. Onu da qeyd edək ki, Firuz Əliyev vaxtilə Hacıbaba Hüseynovu və Yaqub Məmmədovu müşayiət edib. Hazırda isə Ağaxan Abdullayev, Alim Qasımov, Arif Babayev, Zabit Nəbizadəni müşayiət edən tarzən bu qənaətdədir ki, indi müşayiət olunmalı xanəndələr azdır.

Xanəndələrlə işbirliyini davam etdirən tarzən həm də pedaqoji fəaliyyətlə məşğuldur. Firuz Əliyev söyləyir ki, ötənlərdən fərqli olaraq hazırda musiqiyə münasibət dəyişib. O özünün tələbəlik illəri ilə indi dərs dediyi gənc ifaçıları müqayisə edir: "İnanırsınızmı, o vaxt dərsdən çıxanda vaxtın hədər getməməsi üçün taksiyə minib evə çatmaq istəyirdim. Yolboyu evə çatıb yenə ifa etmək barədə düşünürdüm. İndikilər az məşğul olurlar. Gözəl sənətkarımız Ramiz Quliyev indi də tarı əlindən qoymur. O bütün əsərləri çalır, amma indi də tələbədir. Tarı əlindən qoysa, o sayaq ifaçılığı saxlaya bilməz".

Müsahibim hesab edir ki, ifaçılıq yüksək səviyyədə olarsa, tarı nəinki bizlərə, həm də xaricilərə sevdirmək mümkün olar. Firuz Əliyev etiraf edir ki, qürbətdə xalq musiqisini ifa etməkdən, əcnəbilərin qarşısında çıxış etməkdən zövq alır. Müsahibim əminliklə deyir ki, xarici ölkələrdə verilən konsertlərdə muğamları çox diqqətlə dinləyirlər. "Hətta zalda milçək uçsa, səsi eşidilər. Muğam qurtarandan sonra çox vaxt əl çalmaq da yadlarından çıxır. Məsələn, Braziliyaya gedib-gələn sənətçilər yoxdur. Orada Azərbaycanı tanımırlar. Biz Braziliyaya Alim Qasımovla getmişdik. Əvvəlcə bizə təəccüblə baxırdılar. Çıxışlarımızdan sonra hamı "Azərbaycan", "Alim" deyə qışqırırdı. Məəttəl qaldıq. Ona görə də deyirlər ki, musiqinin dili yoxdur. Bizim muğam elədir ki, hər millətin qəlbinə yol tapır. Eləcə də Mənsum İbrahimov, Munis Şərifovla Kanadaya, Habil Əliyev və Aygün Bayramova ilə Afinaya sənət səfərlərimiz də çox yüksək səviyyədə keçib", - deyə tarzən söylədi.

Müsahibimin dediklərindən bəlli oldu ki, o, musiqimizi sevənlərə tarı öyrətməyə hazırdır. Milliyyətindən asılı olmayaraq. Söhbət əsnasında öyrəndik ki, tarzən amerikalı muğamsevər Ceffriyə muğam çalmağı öyrədib: "Bir dəfə Arif Babayevlə Amerikaya gedəndə, Ceffri aeroportda yaxınlaşıb "tarı çıxar, bəzi xırdalıqları da öyrət mənə", - deyə xahiş etdi. Aeroportda iki qadın da çalmağımıza baxıb kövrəlirdilər. Yalvardılar ki, "sən Allah, daha bir mahnı çal". Sən demə, onlar azərbaycanlı imişlər. Ceffri də "sizin üçün çalmağa gəlib, mənə dərs keçir" dedi. Yəni musiqimizi sevənlərə nəinki konsert salonlarında, digər yerlərdə də rast gəlmək olar".

Tarzən etiraf edir ki, muğamı belə çox sevənlərə Bakıda da rast gəlmək olur. Bir sözlə, muğamın hər yerdə xiridarı var. Bir az keçən kimi insanlar özləri bu musiqiyə "acırlar": "Bizim kökümüz muğam üstündədir. Ona görə də bu musiqilər itə bilməz".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

Daha bir tarixi bina sökülə bilər

Bakı-Tümen dəmiryolu xəttində parlayış

DBX rəisi vəzifədən uzaqlaşdırıldı

Baş baytarımz bəlli oldu

Bölmənin digər xəbərləri
 
Memarlıq və İncəsənət İnstitutunda yeni kadr dəyişikliyi
Zamanla ayaqlaşmağa zərurət var

Rimski-Korsakovun "Şəhrizad" baleti təqdim olunacaq
1910-cu ilin klassik quruluşuna üstünlük verilib

Dünya teatrşünasları Bakıya yığışır
Onlar müasir təcrübələrini bölüşəcəklər

Sakit Məmmədovun fərdi yaradıcılıq sərgisi açıldı
Bu sərgi Florensiya və San-Marinoda da nümayiş olunacaq

"Harda Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək"
Yeni nəğmə üç xalq artistinin ifasında

"Miras" Moskvada diplom qazandı
Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi Rusiyanın paytaxtı Moskvada Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) keçirdiyi 30-cu beynəlxalq kinofestivalda iştirak edib.

Azərbaycanlı musiqiçi Londonda çıxış edəcək
Noyabrın 7-də Londonda azərbaycanlı skripkaçı Nəzrin Rəşidova yaratdığı "FeMusa" qadın simfonik orkestri ilə birgə konsert proqramı ilə çıxış edəcək.

Güldən Qaraböcək Bakıda oxuyacaq
Noyabrın 13-də Türkiyənin məşhur sənətçisi, 80-ci illərdə "Azərbaycan" mahnısının ifaçısı kimi tanıdığımız Güldən Qaraböcək Bakının Heydər Əliyev Sarayında konsert təqdim edəcək.

Rəsul Rzanın şeirləri serb dilində
Xalq şairi Rəsul Rzanın "Rənglər" və "Rəngli yuxular" silsilələri Serbiyanın paytaxtı Belqradda kitab şəklində dörd dildə nəşr edilib.

Elçinin "Şekspir"i Moskvanı fəth etdi
Moskvada "Jar-ptitsa" Teatrının səhnəsində Azərbaycanın tanınmış yazıçı və dramaturqu Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış "Şekspir" tamaşasının premyerası Rusiya paytaxtındakı "Dərviş teatrı"nın quruluşunda böyük uğurla keçib.

Narkomanların sayı artır
Bu, ölkəmizdə yoluxucu xəstəliklərin sayını artıra bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər