Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Astana sammitinə qədər Ermənistan müəyyən addımlar atmalıdır
Astana sammitinə qədər Ermənistan müəyyən addımlar atmalıdır
Vəziyyət onu konstruktiv mövqeyə keçməyə məcbur edir
Şənbə, 30.10.2010

C.Məmmədov mətn ölçüsü  

Rəsmi Bakı hesab edir ki, ATƏT-in Astanada keçiriləcək sammitinə qədər Ermənistan müəyyən addımlar atmalıdır. "Düşünürəm ki, bütün bu danışıqlar prosesi, həmsədrlərin də orada iştirakı, Rusiya prezidenti Dmitri Medvedevin fəal iştirakı elə bir situasiya yaradır ki, Ermənistan tərəfi öz mövqeyini bir daha götür-qoy edib, konstruktiv mövqe tutmaq üçün addımlar atmaq məcburiyyətində qalacaq, çünki qarşıdan ATƏT-in sammiti gəlir, o sammitə qədər müəyyən addımlar atılmalıdır" - bunu "Trend"ə müsahibəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Həştərxan görüşünü şərh edən Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

ATƏT sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Sammitdə təşkilata 56 üzv ölkənin, 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək.

Məmmədov bildirib ki, Həştərxanda danışıqlar prosesində hər üç prezident xarici işlər nazirlərinə ATƏT sammitinə qədər müəyyən addımlar atıb, danışıqları davam etdirib, sammitə hər hansı bir məqamla gəlib çıxmaları ilə bağlı tapşırıqlar veriblər.

"Xarici işlər nazirlərinə tapşırıqlar verilib ki, danışıqlar aparsınlar, əllərindən gələni etsinlər ki, ora hər hansı bir nəticə ilə gəlib-çıxmaq mümkün olsun. Amma bu, mümkün olacaq, ya olmayacaq, demək çətindir. Ermənistan tərəfi hələ də özünün qeyri-konstruktiv mövqeyində israrla qalır. Ona görə də müəyyən səylər, cəhdlər göstərmək lazımdır. Bir tərəfdən iradə ortaya qoyulub, amma Ermənistan tərəfi də bütün bu situasiyanı, özlərinin indiki durumunu, gələcək taleyini ətraflı götür-qoy edib düşünməlidir. Burada təəssüf doğuran bircə məqam var. Rusiya prezidenti və xarici işlər naziri bu məsələdə çox fəaldırlar və bunu dəyərləndirmək, qiymətləndirmək lazımdır. Amma ABŞ-la Fransa tərəfi, çox təəssüflər olsun, belə fəallıq göstərmir, baxmayaraq ki, onlar Həştərxanda olan görüşlərin nəticələrini bəyənirlər", - Məmmədov əlavə edib.

PA rəsmisi Həştərxan görüşünü son 1 ildən artıq müddətdə RF prezidentinin özünün xüsusi, çox fəal iştirakı ilə təşkil olunmuş görüşlərin növbəti bir prosesi adlandırıb.

"Həştərxan görüşü də Rusiya Federasiyası prezidenti Dmitri Medvedev tərəfindən təşkil olunub. Məqsəd də budur ki, mürəkkəb, çətin danışıqlar prosesində irəliyə bir addım atılsın. Üç prezidentin yığışıb bir yerə gəlməsi adi hadisə deyil və hamı bilir ki, Azərbaycan prezidenti bu münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesində irəliyə addım atılması üçün hər şeyi edir", - deyə Məmmədov qeyd edib.

N.Məmmədov prezidentlərin hərbi əsirlərin və həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı razılaşmanı mühüm hadisə hesab edir. "Bu, bir tərəfdən prezidentlər arasında ən kiçik səviyyədə olsa da, anlaşmanın mümkün olduğunu, bir-birlərinə qarşı inam, etimad tədbirlərinin baş tutduğunu və bu istiqamətdə işləməyin mümkün olduğunu bir daha göstərir. Həm də bizim Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin alınması məsələsi də mühüm hadisədir", - PA rəsmisi əlavə edib.

Xatırladaq ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Dmitri Medvedevin sözlərinə görə, xüsusi bəyannamə etimad tədbirlərini möhkəmləndirməyə yönəlib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"

Prezidentdən Novruz bayramı təbriki

Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir

Azərbaycan rəsmiləri Qərbi kəskin tənqid etdilər

Parlamentdə yenə də söyüş səsləndi

Bölmənin digər xəbərləri
 
AB yaxın 10 ildə yeni üzv qəbul etməyəcək
Sonra isə şərait dəyişərsə...

Azərbaycan Çinlə əməkdaşlığa böyük önəm verir
Hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Əsir və girovların qaytarılmasında problem olmayacaq
ABŞ Dövlət Departamenti və Fransa XİN imzalanmış bəyannaməni alqışlayıb

Bakıda Türkiyə Cümhuriyyətinin 87-ci ildönümü qeyd olunub
Hülusi Kılıç: "Dekabrda Azərbaycanla Ermənistan arasında ciddi addımlar atılacaq"

Kiyev rəsmi Bakı ilə münasibətləri yüksək dəyərləndirir
Bu, əlaqələrin dostluq və səmərəli əməkdaşlıq xarakteri daşıyır

NATO PA-da Qarabağ müzakirələri
Münaqişə ilə bağlı qətnamə layihəsini kanadalı məruzəçi hazırlayıb

Hərbçilərin hüquqları niyə pozulur?
Qanunvericiliyin müasir standartlara uyğunlaşdırılmaması və islahatların ləngliyi problemlər yaradır

Son aylar Özbəkistanla ticarət dövriyyəsində artım var
Səfir İsmətulla İrqaşev deyib ki, Azərbaycan Özbəkistanın çox vacib strateji tərəfdaşdır

İran Azərbaycanla sərhədlərinə sədd çəkir?
Görünür, biz tərəfdən beli bərk deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər