Yay mövsümündə bölgələri qarış-qarış gəzən Röya ilk böyük turnesini əyalətdən başladı. İndisə Avropa turnesinə hazırlaşır. Bu barədə qəzetimizə müğənni özü məlumat verərək bildirib ki, Avropa turnesinə qış aylarında start veriləcək. Müğənni ilk çıxış edəcəyi şəhərin adının bəlli olduğunu bildirdi:
"İlk konsert Stokholmda nəzərdə tutulub. Növbəti şəhərlərin adları dəqiqləşdirilir. Bu, böyük bir turne olacaq və mən musiqiçi heyəti ilə birlikdə uzaq ölkələri dolaşacam. Turnenin hansı tarixə kimi davam edəcəyini indidən deyə bilmirəm".
Röya bildirdi ki, Avropa turnesi üçün ayrıca repertuar hazırlayır. Buraya əcnəbi mahnıların da daxil ediləcəyi nəzərdə tutulur.
|