Bir müddət əvvəl nişanlanmış rəqqasə Məryəm Süleymanova toya hazırlaşır. Rəqqasə toyun dəqiq tarixinin hələ müəyyənləşmədiyini, lakin onun fevralda baş tutacağını söyləyib. Toyu kimin aparacağı da artıq məlumdur. Bu iş İlkin Həsəniyə həvalə olunacaq. Musiqiçilər isə Ülvinin rəhbərlik etdiyi "Şeron" qrupu olacaq. Nişanlısı İlkin Zamanovla 2 il bir şirkətdə çalışdıqlarını deyən Məryam bu dövrdə İlkinin ona göstərdiyi münasibətdən, diqqətdən çox məmnun qaldığını və bu səbəbdən də İlkinin evlənmək təklifini qəbul etdiyini söyləyib. Rəqqasə nişanlısının ondan yaşca kiçik olduğuna dair yayılmış şayiələrə güldüyünü, ümumiyyətlə bu məsələnin onunçün əhəmiyyətli olmadığını söyləyib: "Nə fərqi var, kiçikdir, ya böyük, arıqdır, ya kök. Məgər qadının xoşbəxtliyi bundadır?!"
Sənətini isə Məryəm heç zaman atmayacaq: "Rəqqasəliyi nə ərə getdikdən, nə də ana olduqdan sonra atacağam. Amma əlbəttə ki, toylara əvvəlkindən az gedəcəm. Azərbaycandan kənara yollanmalı olanda isə yalnız ərimlə birlikdə gedəcəyəm".
|