Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Builki "Eurovision"da bizi kim təmsil edəcək?
Builki "Eurovision"da bizi kim təmsil edəcək?
Siyahıda amerikalı müğənni də var
Şənbə, 30.10.2010

Şəms mətn ölçüsü  

Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ABŞ müğənnisi Barklay Nikola Vilyams milli seçimlərdə iştirak edir. Etibarlı mənbədən aldığımız xəbərə görə, amerikalı müğənni milli seçimlərdə iştirak üçün bir neçə gün əvvəl Bakıya gəlib. Amerikalı müğənninin öz ölkəsini bir sıra beynəlxalq müsabiqələrdə təmsil etdiyi və uğur qazandığı bildirilir.

Gələn ilin mayında Azərbaycanı bu yarışmada təmsil etmək arzusunda olan 90-a yaxın iştirakçı arasında tanınmış simaların da olduğu təsdiqlənib. Onların sırasında müğənnilərdən Xəyyam Nisanov, Nurlan Növrəsli, "Azəri star" müsabiqəsindən tanıdığımız Emin Nəsirli, ötən il də milli seçimlərə qatılan Azad Şabanov, "Yeni ulduz" yarışmasından Lalə Məmmədovanın adını çəkmək olar. Milli seçimlərə sənədlərini verənlər arasında Almaniyada yaşayan həmyerlimiz və ötən il də seçimlərə namizədliyini irəli sürən Seyran İsmayılxanov da var. Bununla yanaşı, Azərbaycanın tanınmış bəstəkarı Rauf Hacıyevin nəvəsi Günay da "Eurovision-2011" müsabiqəsində ölkəmizi təmsil etmək istəyindədir.

Finlandiyada yaşayan azərbaycanlı sənətçi sənədlərini milli seçimlərə təqdim edib. Rusiyada yaşayan Sultan adlı azərbaycanlı gənc müğənni də namizədliyini irəli sürənlər arasındadır. Almaniyanın Düsseldorf şəhərində gələnilki "Eurovision"da Azərbaycanı təmsil etmək şərəfinə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da namizədlərdən biridir. Yerli KİV-də xalq artisti Aygün Kazımovanın qızı İlqarənin milli seçimlərə qatılması ilə bağlı yazılanlar isə özünü doğrultmayıb. Belə ki, etibarlı mənbə İlqarənin bu seçimlərdə iştirak etmədiyini deyib. Hazırda Avropa Yayım Birliyinin üzvü və müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV), eyni zamanda buna aidiyyəti olan şəxslər ilkin müsahibədən uğurla keçən 90 nəfərə yaxın namizəd arasında seçim aparırlar. Əldə etdiyimiz məlumata görə, "Eurovision-2011" yarışmasında Azərbaycanı təmsil etmək istəyində olanlar arasında çoxsaylı istedadlı gənclər var. Milli seçimlər üzrə I mərhələyə noyabrın ilk ongünlüyündə start veriləcək.

Bu mərhələyə vəsiqə qazanan hər namizəd İTV-nin canlı efirində öz bacarıq və istedadlarını nümayiş etdirəcək. Ötənilki seçimlərdən fərqli olaraq bu il "Eurovision" təmsilçimizin seçilməsində tamaşaçılar da birbaşa iştirak edəcəklər. Seçimlər həm münsif heyətinin rəyi, həm də tamaşaçı səsverməsi ilə keçiriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc bloqçuların azad edilməsi tələb edilir

Blogerlər azad edilmədi

Azərbaycan-Amerika Şurası bloggerlər barəsində hökmü pisləyir

İTV cəzalandırıldı

Milli peyk ABŞ-da hazırlanacaq

Bölmənin digər xəbərləri
 
Abbas Bağırov əcnəbi telekanallarda
"Sarı gəlin" yayıma hazırdır

Arzum:"Tanımadığım şəxslə rahat çəkilə bilmərəm"
Odur ki, tərəf-müqabili qardaşıdır

İlhamə Quliyeva qədim məkanlarda çəkilməkdən imtina edib
Dənizi xoşladığı üçün sahilləri seçib

Ukraynanın "Eurovision" təmsilçisi Bakıya gəlir
Ani Lorak Heydər Əliyev Sarayında oxuyacaq

Məryəm Süleymanovanın toyu gələn il olacaq
Rəqqasə ailə həyatı qurandan sonra sənətini atmayacaq

Xəyyam Nisanov "Eurovision"a hazırlaşır
Özünə güvəndiyini deyir

Röya Avropa turnesinə hazırlaşır
Əyalətdən sonra uzaq ölkələr...

Safura Əlizadə toya gələcək
Bakı üçün darıxdığını deyir

Tarkan dekabrda sarayda konsert verəcək
Sənətçinin albomuna Azərbaycan mahnısı daxil edilir

Vasif Məhərrəmli ideya düşünüb
Amma rejissorun fikri ilə də razılaşacaq

Zöhrə Abdullayeva səhnədən gedir
Bundan əvvəl o, böyük layihələr təqdim edəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər