Yeni layihələr üzərində çalışan Arzum bu günlərdə növbəti klipini təqdim edəcək. Özünün musiqi müəllifi olduğu "Milyonların arzusu" klipi beynəlxalq standartlara uyğun çəkilib.
Xəbər verdiyimiz kimi, müğənni "Milyonların arzusu" klipində fərqli tərəf-müqabili ilə çəkilib. Sözügedən şəxsin kimliyinə gəlincə, Arzum onun NEXT qrupundakı Əli olduğunu dedi. NEXT-in üzvü Əli ilə Arzumun münasibətlərinin tarixçəsinə gəlincə, müğənni ...bacı-qardaş olduqlarını bildirib:
"Baxmayaraq ki, mən müğənniyəm, amma ailəmdən aldığım tərbiyə mənim işimdə də öz əksini göstərir. Belə ki, mən başqası ilə klipə çəkilə bilməyəcəyim üçün öz doğma qardaşımla tərəf-müqabil olmağa üstünlük verdim. Çünki özümdən asılı olmayaraq, tanımadığım şəxslə rahat çəkilə bilmərəm".
Onu da qeyd edək ki, Arzumun bu yaxınlarda yeni saytı təqdim olunacaq. www.arzum.az ünvanı ilə fəaliyyət göstərəcək saytda müğənni barədə mütəmadi olaraq yenilənən xəbərlər yerləşdiriləcək.
|