Abbas Bağırovun "Sarı gəlin" klipi Türkiyə, Gürcüstan və Türkmənistan telekanallarında yayımlanacaq. Bu barədə məlumat verən müğənni bildirib ki, klip yeni albomunun təqdim olunduğu vaxt göstəriləcək: "İl yarımdan çoxdur albom üzərində çalışıram. Bu, qeyri-adi albom olacaq, sadəcə, vaxtı bir qədər uzun çəkir. "Sarı gəlin"in Avropa kanallarında nümayiş olunmasını istəyirəm. Albom işıq üzü görən kimi Türkiyə, Gürcüstan, Türkmənistan kanallarında yayımlanacaq".
Sənətçi onu da bildirib ki, bir il ərzində üç klip çəkdirib, lakin hələlik onların heç biri efirdə nümayiş olunmayıb. Söhbət zamanı öyrəndik ki, Abbas Bağırov eynək, geyim, ətir, ayaqqabı, qalstuk kolleksiyaçısı imiş.
"Yəni kolleksionerəm. Daha çox eynək, geyim, ətir, ayaqqabı, qalstuklara üstünlük verirəm. Evimdə 560-a yaxın qalstuk var, onların çoxunu taxmamışam". Onu da əlavə edir ki, gələcəkdə sərfəli və uğurlu seçimlə brend yaratmaq arzusundadır.
|