Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Mənsum İbrahimovun yubileyi qeyd edilib
Mənsum İbrahimovun yubileyi qeyd edilib
Əsas yubiley mərasimi noyabrın 2-də olacaq
Şənbə, 30.10.2010

Xatun mətn ölçüsü  

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan mədəniyyət sarayında tədbir keçirilib. Tədbirdə Abşeron rayon İH başçısı Zakir Fərəcov, şair, professor Ənvər Əhməd, xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Tələt Qasımov, Ramiz Quliyev, Siyavuş Kərimi və digər sənət adamları, Abşeron ictimaiyyəti iştirak edib. Gecənin aparıcısı əməkdar artist Azad Şükürov olub. Tədbir əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədovun Mənsum İbrahimov haqqında hazırladıqları 18 dəqiqəlik filmin nümayişi ilə başlayıb. Daha sonra xanəndənin yaradıcılığı barədə çıxışlar olub. Yubiley mərasimində Firuz Səxavət, Simarə İmanova, Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Güllü Muradova və muğam müsabiqəsinin digər qalibləri öz mahnılarını səsləndiriblər. Sonda Mənsum İbrahimov tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib, sənət dostları Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə "Şahnaz" muğamını ifa edib. Qeyd edək ki, Mənsum İbrahimovun yubileyinə həsr olunmuş rəsmi tədbir noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

YAP yarım milyona çatdı

Bakıda dinlərarası dialoq konfransı keçirilir

İctimai teleradio 5 yaşını qeyd edir

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

Bölmənin digər xəbərləri
 
"Qızım yaşamağım üçün bəhanədir"
Bəsti Cəfərovanın haqsızlıqdan doğan peşmanlığı

Bu bir unudulmaz gecə idi
Keiko Matsui Bakını heyran qoyub

Bədii fotoya həvəs qalır
Gənclər öz əsərlərini sərgiyə çıxardılar

Gülxan Bəydəmir xəttat ustalar yetişdirir
və əl işlərini sərgiləməyə hazırlaşır Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.

"Gülüstani-İrəm" ingilis dilində
Azərbaycan tarixçisi, şairi və filosofu Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib.

"Azərbaycan teatrı 2009-2019"-cu illərdə"
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Azərbaycan filmi Türkiyədə mükafat aldı 2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb.
Bu barədə kinostudiyadan məlumat verilib.

Niyə karikaturaların yeri mətbuat səhifələri deyil?
86 mükafat almış Seyran Cəfərlinin sərgisində bu sual səslənib

"Qarabağ-Azərbaycan-İstanbul" Teatrı yaradılıb
Oraya azərbaycanlı sənətçilər də dəvət olunub

Vaxtanq Kikabidze Bakıya gəlir
İkinci konsertini verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər