Bu barədə kinostudiyadan məlumat verilib. Film İstanbulda yerləşən Kazım Qarabəkir Paşa Vəqfinin xüsusi diplomu ilə mükafatlandırılıb. Filmdə Azərbaycanın ictimai-siyasi tarixində xüsusi yeri olan Kazım Qarabəkir Paşanın həyatının Naxçıvanla bağlı dönəmi əks olunub. Film Bakıda və Ərzurumda nümayiş etdirilib. Noyabr ayında isə İstanbulda da nümayişi nəzərdə tutulub. Məlumat üçün bildirək ki, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Güllü Məmmədova, ideya müəllifi Əqidə Ələkbərli, operatoru Tahir Taleh Məhərrəmov, Elşən Həsənoğlu, prodüseri Böyükağa Məmmədovdur.
|