Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Azərbaycan teatrı 2009-2019"-cu illərdə"
Şənbə, 30.10.2010

mətn ölçüsü  

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusundakı konfrans öz işinə noyabrın 9-da başlayır. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın bildirdiyinə görə, konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk dəfə keçirilən bu beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr isimləri var. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqləri planlaşdırılır. Dövlət proqramında bu kimi elmi-praktik konfransları iki ildən bir keçirmək nəzərdə tutulur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Bölmənin digər xəbərləri
 
"Qızım yaşamağım üçün bəhanədir"
Bəsti Cəfərovanın haqsızlıqdan doğan peşmanlığı

Bu bir unudulmaz gecə idi
Keiko Matsui Bakını heyran qoyub

Bədii fotoya həvəs qalır
Gənclər öz əsərlərini sərgiyə çıxardılar

Gülxan Bəydəmir xəttat ustalar yetişdirir
və əl işlərini sərgiləməyə hazırlaşır Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.

"Gülüstani-İrəm" ingilis dilində
Azərbaycan tarixçisi, şairi və filosofu Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib.

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Azərbaycan filmi Türkiyədə mükafat aldı 2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb.
Bu barədə kinostudiyadan məlumat verilib.

Mənsum İbrahimovun yubileyi qeyd edilib
Əsas yubiley mərasimi noyabrın 2-də olacaq

Niyə karikaturaların yeri mətbuat səhifələri deyil?
86 mükafat almış Seyran Cəfərlinin sərgisində bu sual səslənib

"Qarabağ-Azərbaycan-İstanbul" Teatrı yaradılıb
Oraya azərbaycanlı sənətçilər də dəvət olunub

Vaxtanq Kikabidze Bakıya gəlir
İkinci konsertini verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər