Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Gülxan Bəydəmir xəttat ustalar yetişdirir
və əl işlərini sərgiləməyə hazırlaşır Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.
Şənbə, 30.10.2010

mətn ölçüsü  

Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda nəzərdə tutulan sərgidə G.Bəydəmirin xəttatlıq örnəkləri sənətsevərlərin ixtiyarına veriləcək. İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya bildirdiyinə görə, sərginin açılışı noyabrın 5-də planlaşdırılır. R.Gülməmmədli deyib ki, bu onun Bakıda ikinci fərdi xətt sərgisidir. Gülxan Bəydəmirin bir cox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb. Gülxan Bəydəmir dünya şöhrətli xəttat Davut Bektaşdan dərs alır. Gülxan Bəydəmir Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olur və bu sahədə ustalar yetişdirib. Onu ən çox maraqlandıran daşlar üzərindəki xətt yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənətidir.

G.Bəydəmir 1995-ci ildə Türkiyəyə gedib. 2003-cü ildə xəttat Kamil Nazikdən ilk dərsini alıb. Daha sonra dünya şöhrətli xəttat Davut Bektaşdan xətt sənətinin sirlərini öyrənməyə başlayıb. 2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında "Ahmed-Muhammed" adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Hz.Mövlana xətt yarışmasında birincilik qazanıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Qızım yaşamağım üçün bəhanədir"
Bəsti Cəfərovanın haqsızlıqdan doğan peşmanlığı

Bu bir unudulmaz gecə idi
Keiko Matsui Bakını heyran qoyub

Bədii fotoya həvəs qalır
Gənclər öz əsərlərini sərgiyə çıxardılar

"Gülüstani-İrəm" ingilis dilində
Azərbaycan tarixçisi, şairi və filosofu Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib.

"Azərbaycan teatrı 2009-2019"-cu illərdə"
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Azərbaycan filmi Türkiyədə mükafat aldı 2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb.
Bu barədə kinostudiyadan məlumat verilib.

Mənsum İbrahimovun yubileyi qeyd edilib
Əsas yubiley mərasimi noyabrın 2-də olacaq

Niyə karikaturaların yeri mətbuat səhifələri deyil?
86 mükafat almış Seyran Cəfərlinin sərgisində bu sual səslənib

"Qarabağ-Azərbaycan-İstanbul" Teatrı yaradılıb
Oraya azərbaycanlı sənətçilər də dəvət olunub

Vaxtanq Kikabidze Bakıya gəlir
İkinci konsertini verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər