Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Bu bir unudulmaz gecə idi
Bu bir unudulmaz gecə idi
Keiko Matsui Bakını heyran qoyub
Şənbə, 30.10.2010

mətn ölçüsü  

Dünyanın bir çox ölkələrində konsertlər verən Yaponiyanın məşhur pianoçusu Keiko Matsui oktyabrın 28-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutan bu konsertdə öz ifası və bəstələri ilə dünyaya səs salan Keiko Matsui Azərbaycan tamaşaçısına unudulmaz gecə bəxş edib.

Bakı səhnəsində pərəstişkarlarını Azərbaycan dilində salamlayan musiqiçi konsertində onu yalnız qoymayan çoxsaylı tamaşaçılara təşəkkür etməyi də unutmayıb: "Sizin gözəl və sevimli şəhərdə oxumaq, bu səhnədə çıxış etmək çox gözəl bir hissdir. Alqışlarınızı eşitmək və ürəkdən gələn sevginizi duymaq mənə çox xoşdur. Bu diqqətiniz üçün təşəkkür edirəm".

Caz Festivalı çərçivəsində keçirilən ən bahalı konsertlərdən biri hesab olunan və biletləri baha qiymətə satılan Keiko Matsuinin konserti alqışla baş tutub. Yaponiyalı pianoçu öz musiqiçiləri ilə bərabər uzun illərdir yaddaşlarda həkk olunan mahnıları canlı olaraq səsləndirib. Həm royal, həm də sintezatorda musiqiləri özünəməxsus ifa edən Keiko Matsuinin bütün çıxışları sürəkli alqışlarla müşayiət olunub. Musiqiçi hər alqış üçün dəfələrlə "bu, çox gözəldir, sizə çox-çox təşəkkür edirəm" deməyi də özünə borc bilib. Konsert proqramını Azərbaycanın tanınmış simaları, dövlət rəsmiləri, eləcə də çoxsaylı mədəniyyət və incəsənət xadimləri də izləyiblər.

Heydər Əliyev Sarayının səhnəsində quraşdırılmış böyük ölçüdə LED ekran vasitəsilə salonun arxa sıralarında əyləşən tamaşaçılar pianoçunun çıxışını aydın şəkildə izləmək imkanı qazanıblar. Saat yarımlıq proqram yekunlaşdıqdan sonra pianoçu tamaşaçıların sürəkli alqışlarına cavab olaraq bir neçə dəfə səhnəyə qayıdıb və hər qayıdışında tamaşaçılara yaddaqalan musiqi nömrələri ərməğan edib. Pianoçu sonda musiqiçilərin müşayiəti olmadan ona uğur gətirən məşhur kompozisiyanı royalda təqdim edib. Keikonu görkəmli saksofonçu Michael Ghegan, basist Mel Brown və ənənəvi yapon fleytaçısı Kazu Matsui müşayiət ediblər.

Keiko Matsui caz aləmində keçən yüzilin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşıb. Əsasən caz-pop və fluyn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar və özünəməxsus vokalçı kimi də uğur qazanıb. Onun "A dror of Water" adlı ilk albomu ABŞ-da buraxılıb. "Dream Walk" lonqpleyi ən populyar caz albomları arasında ilk üçlüyə daxil olub. 1999-cu ildə Keiko "Oasis Awards" yarışmasının qalibi olub, onun "Light Above the Trees" klipi isə ən yaxşı videoklip mükafatına layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir.

"Bakı Beynəlxalq Caz Festivalı-2010" Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu, "Sweet rroduction"un birgə təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Modern bluse band" və "Krec" Bakıya gəlir

Bakı Caz Festivalının önəmi artır

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"

Bölmənin digər xəbərləri
 
"Qızım yaşamağım üçün bəhanədir"
Bəsti Cəfərovanın haqsızlıqdan doğan peşmanlığı

Bədii fotoya həvəs qalır
Gənclər öz əsərlərini sərgiyə çıxardılar

Gülxan Bəydəmir xəttat ustalar yetişdirir
və əl işlərini sərgiləməyə hazırlaşır Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.

"Gülüstani-İrəm" ingilis dilində
Azərbaycan tarixçisi, şairi və filosofu Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib.

"Azərbaycan teatrı 2009-2019"-cu illərdə"
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Azərbaycan filmi Türkiyədə mükafat aldı 2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb.
Bu barədə kinostudiyadan məlumat verilib.

Mənsum İbrahimovun yubileyi qeyd edilib
Əsas yubiley mərasimi noyabrın 2-də olacaq

Niyə karikaturaların yeri mətbuat səhifələri deyil?
86 mükafat almış Seyran Cəfərlinin sərgisində bu sual səslənib

"Qarabağ-Azərbaycan-İstanbul" Teatrı yaradılıb
Oraya azərbaycanlı sənətçilər də dəvət olunub

Vaxtanq Kikabidze Bakıya gəlir
İkinci konsertini verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər