Hal-hazırda Ayna qəzetinin 30.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Qızım yaşamağım üçün bəhanədir"
"Qızım yaşamağım üçün bəhanədir"
Bəsti Cəfərovanın haqsızlıqdan doğan peşmanlığı
Şənbə, 30.10.2010

Xatun mətn ölçüsü  

Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisti Bəsti Cəfərova "Bir də dünyaya gəlsəydim, aktrisa olmazdım" deyir. Bu sözlərini əsaslandıran aktrisa xanım səbəblərə toxunur. Deyir ki, müxtəlif illərdə teatrda onun adına yazılan rollar sonradan əlindən alınaraq başqasına verilib. Buna baxmayaraq, şöhrət pilləsinə yaxınlaşan Bəsti xanım bunun üçün teatr səhnəsinə minnətdar olduğunu söylədi:

"Bəzi rollar kimlərinsə sayəsində əlimdən alınıb. Amma teatr sənətinə dərindən bağlandığım üçün üz döndərib getmək istəmədim. Hər şeyə dözdüm".

Basqılara sakit tərzdə yanaşan Bəsti xanım buna baxmayaraq, onunla ədavəti olan insanların sayının çox olduğunu deyir. Söyləyir ki, evdar qadın olsaydı, bəlkə də bunların heç birini yaşamazdı. Lakin teatrdakı uğurları başqalarının yuxusunu qaçırmaqla yanaşı, onlarda aktrisaya qarşı düşmənçilik hissi oyadıb:

"Sənətdə uğurlar kimlərdəsə həsəd yaradır. Bütün bunlara tab gətirmək üçün yalnız susdum. Amma susmağımdan da yararlananlar tapıldı. Əslində söz-söhbət bütün teatrların mətbəxində baş verir. Sadəcə, bunun hansı səviyyədə, kimlər tərəfindən aparıldığı kənardakı adama bəlli olmur. Düşünmüşəm ki, xalq artisti fəxri adını daşıyan, milyonlarla tamaşaçı auditoriyası olan sənətçi hər deyilən sözün arxasınca düşməməlidir. Mən bu xətti tutaraq uzun illər teatr sənətinə xidmət göstərdim".

Lakin aktrisa onun əlindən alınan rolların kimə həvalə olunduğunu söyləmək istəmədi. Bildirdi ki, bunu danışmaqla öz-özünü təkzib etmiş olur: "Çünki bir az əvvəl söz-söhbətlərə susaraq yanaşdığımı söyləmişdim. Əgər indi ad çəksəm, yeni qalmaqalın başlanğıcını qoymuş olaram. Bunu isə istəmirəm. Sadəcə, teatr kollektivini yaxından tanıyan adamlara söhbətin təxminən kimlərdən getdiyi bəllidir".

Söhbətinin davamında Bəsti Cəfərova səhnə fəaliyyətinin onun həyatında açdığı zolaqların ağ və qara rənglərdən ibarət olduğunu deyir. Şəxsi həyatının da eyni rənglərlə müşayiət olunduğunu deyən aktrisa yaşamağı üçün bir səbəbi olduğunu dedi. O, aktrisanın yeganə qız övladıdır:

"Həyatımın bir qolunu qızımın xoşbəxtliyi üzərində qurdum. Çünki mənim çəkdiyim əziyyətləri onun təkrarlamasını istəmirəm. Bu gün o, mənim yaşamağım üçün bir bəhanədir".

Vaxtı ilə sənətdə göstərdiyi fədakarlığı bəzən peşmanlıq hissi ilə xatırlayan Bəsti xanım: "Hələ tələbə ikən yaxın gələcəkdə böyük səhnələr fəth edəcəyimi görə bilirdim. Hisslərim məni yanıltmadı. Mənim bazam gözəlliyim yox, birbaşa istedadım idi. Düzdür, mənə vizit kartlarını göndərənlər, sevgilərini bildirənlər çox olub. Amma bu cür aldadıcı gələcək mənə lazım deyildi. Zəhmətimi əllərimin qabarı ilə qazandım. Amma hərdən peşman olduğumu anlayıram. Buna isə mənə qarşı haqsızlıqlar səbəb olub", - deyə aktrisa bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azadlıq" bloku icazəsiz aksiyalara start verdi

Milli teatr Türkiyə səfərindən qayıtdı

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Röya 4 gün oxuyacaq

Bölmənin digər xəbərləri
 
Bu bir unudulmaz gecə idi
Keiko Matsui Bakını heyran qoyub

Bədii fotoya həvəs qalır
Gənclər öz əsərlərini sərgiyə çıxardılar

Gülxan Bəydəmir xəttat ustalar yetişdirir
və əl işlərini sərgiləməyə hazırlaşır Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək.

"Gülüstani-İrəm" ingilis dilində
Azərbaycan tarixçisi, şairi və filosofu Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" ("The heavenly rose-garden" (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib.

"Azərbaycan teatrı 2009-2019"-cu illərdə"
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Azərbaycan filmi Türkiyədə mükafat aldı 2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb.
Bu barədə kinostudiyadan məlumat verilib.

Mənsum İbrahimovun yubileyi qeyd edilib
Əsas yubiley mərasimi noyabrın 2-də olacaq

Niyə karikaturaların yeri mətbuat səhifələri deyil?
86 mükafat almış Seyran Cəfərlinin sərgisində bu sual səslənib

"Qarabağ-Azərbaycan-İstanbul" Teatrı yaradılıb
Oraya azərbaycanlı sənətçilər də dəvət olunub

Vaxtanq Kikabidze Bakıya gəlir
İkinci konsertini verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər