Noyabrın 3-də Ukraynada "Beatles Tribute" adlı geniş xeyriyyə konserti təşkil edilir. Burada əcnəbi sənətçilərdən yalnız Safura Əlizadə çıxış edəcək. Təklif artıq gəlib. Sənətçinin ailəsindən verilən bilgiyə görə, xeyriyyə tədbiri məşhur "Beatles" qrupunun üzvü Con Lennonun 70 illik yubileyinə həsr edilib. Tədbirdə iştirak edən sənətçilər yalnız "Beatles" repertuarından mahnılar ifa edəcəklər. Siyahıda Safura ilə yanaşı, Ukraynadan "Bumboks" qrupu, Camala və Aleşa adlı tanınmışların adları yer alıb.
Bu xeyriyyə tədbirinin biletlərini "Uşaqları xilasetmə xidməti" adlı beynəlxalq şirkət həyata keçirir. Tədbir Ukrayna ilə yanaşı, bir çox ölkələrin telekanallarında işıqlandırılacaq.
|