Gənc sənətçi Leyla Ramazanlı növbəti bahalı klipinin çəkilişlərinə hazırlaşır. "Ayna" qəzetinə bildirib ki, klip sözləri Arzu Əsədova, musiqisi İsmayıl Əsədova məxsus olan "Belə birdən getmə" mahnısına çəkiləcək. Sənətçi bu ekran işinin Azərbaycan teleməkanında təkrarsız olacağını və belə bir yeniliyə məhz onun adı ilə imza atılacağını bildirib.
Klipin rejissoru Leylanın bacısı Xavər Ağamalıyeva və rejissoru Samir Fərzəlibəyovdur. Bundan əlavə Leyla Ramazanlı yaxın günlərdə Almaniyada hazır olan yüksək qonorar tələb edən albomunu dinləyicilərinə təqdim edəcək.
Əldə etdiyimiz bilgilərə görə, Leylanın ilk klipi Elnaz Əblucun rejissorluğu ilə 30 min manata çəkilib.
|