Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Həyatda obraza girə bilmirəm"
"Həyatda obraza girə bilmirəm"
Brilyant Dadaşova aqressiv olmağından danışdı
Şənbə, 23.10.2010

Xatun mətn ölçüsü  

Son illər yaradıcılığını Azərbaycanla yanaşı Türkiyə şou-biznesi ilə bağlayan xalq artisti Brilyant Dadaşovanın tezliklə yeni albomu işıq üzü görür. Türkiyədə şirkətlərin birində ərsəyə gələn toplunun hazırlanması qarşı tərəfə məxsus ideyadır:

- Sonuncu albomun hazırlanması iki il davam etdi. Bu çox böyük işdir. Albomu hazırlayan şirkət mənim albomu tanıtmaq məqsədilə verilişlərə dəvətimi təşkil etməyə başladı. Bəlli olduğu kimi, albom çıxandan sonra mən saçlarımın rəngini dəyişmişdim. Əks təqdirdə, gərək iki il öncə disk hazırlanarkən fotosessiya üçün olan saç düzümündə və rəngində qalaydım. Yəni iki il saçlarımın rəngini dəyişməzdim. Mən isə səhnədə olan insan kimi dəyişməyi sevirəm. Mən gözləyə bilməzdim ki, disklərim satışa çıxana qədər saçlarımın rəngini dəyişməyim. Ona görə də indi məcburən diskin tanıtımı məqsədilə yeni fotosessiya etməli oldum. Çünki disklər satıldıqca hər dəfə yeni tiraj buraxılır. Və yeni tirajlarda yeni fotosessiya olacaq. Ümumiyyətlə, mənim üçün bu, əsas deyil.

- Ancaq hər zaman Sizi yeni imicdə, yeni saç düzümündə görürük...

- Məsələ ondadır ki, bu diskdə mən əsas gücümü mahnılara vermişəm. Amma təbii ki, səhnədə olan müğənni kimi mənim necə göründüyüm əhəmiyyətlidir. Yuxarıda qeyd etmişdim ki, mən həmişə əhval-ruhiyyəmə, təbiətə, hətta mövsümə uyğun olaraq görkəmimi dəyişirəm.

REKLAM

Və ona görə də, bu yeni fotosessiya məsələsi gündəmə gəldi. Bilirsiniz, səhnədə hər şey bir-biri ilə zəncirvarı şəkildə bağlıdır. Həm sənət olmalıdır, həm də yaxşı zövq. Bunlar bir-birini tamamlamalıdır. Onu da deyim ki, bütün bu işləri özüm görməli oluram.

- İşinizdə Sizə kömək edən heç kimsə yoxdur?

- Əslində Türkiyədə mənim işlərim bir az asanlaşdı. Asanlaşdı ona görə ki, heç olmasa şirkət iki klipimi çəkdi, diskin üz qabağını hazırladı. Ancaq mahnıların aranjemanlarında şəxsən özüm iştirak edirdim, çünki aranjemanların yüksək səviyyədə olmasını istəyirdim. Azərbaycanda isə belə işlə məşğul olan şirkət yoxdur.

- Son vaxtlar, elə indi də Sizin çox aqressiv olduğunuz gözlərdən yayınmır. Bunun səbəbi nədir?

- Deməzdim ki, son vaxtlar və hətta indi belə aqressivəm. Mən həmişə olduğum kimiyəm. Bu mənim təbiətimdir, sevinəndə gülürəm, xoşuma gəlməyən məqamlar olanda hirslənirəm. Bəzən ağlayıram. Niyyətimi gizləmirəm, fikirləşdiyimi dilimə gətirərəm. Başqa cür ola bilmirəm. Sizi görüb ovqatımı dəyişə bilmirəm. Məsələn, bu gün kefim o qədər də yoxdur. Bəlkə ona görə də sizə aqressiv görünürəm. Mən mahnılarımı ifa edərkən obraza daxil olmağı bacarıram, çünki həmin an həmin sözlərin təsiri altında oluram. Ancaq həyatda obraza girə bilmirəm. Çünki həyatda olduğum kimiyəm. Albom çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm. Orada mənə deyəndə ki, sən azərbaycanlılara bənzəmirsən, çox əsəbiləşirəm. Sən mənim burada aqressiv olduğumu deyirsən, ancaq mən orada daha çox aqressivəm. Çəkilişdən əvvəl elə cavab verirəm ki, onlar canlı efirdə bu sualı vermirlər. Onları sorğu-suala tuturam ki, bununla nə demək istəyirsiniz? Onlar deyirlər ki, səhnədəki azərbaycanlı müğənnilər ağır çəkilidir, siz isə onlara bənzəmirsiniz.

- Özünüzü eyni çəkidə saxlamağın sirlərini açıqlaya bilərsinizmi?

- Hamı bilir ki, mən neçə illərdir hər gün idmanla məşğul oluram. Burada genetikanın çox böyük əhəmiyyəti var. Mən heç bir yerimi sonradan düzəltməmişəm. Əvvəldən necə olmuşamsa, indi də eləyəm. Düzdür, ana olandan sonra beş ilə yaxın ətli qalmışam. Sonra özümü arıqlatdım. Mən özümü heç vaxt gözəl hesab etməmişəm. Düzdür, gözəl olmağa çalışıram. Əlbəttə, gözəl olmaq istəyirəm. İstəyirəm bütün tamaşaçıların zövqünü oxşayım.

- Bir müddət əvvəl səhnə fəaliyyətinizə ara vermişdiniz...

- Axı səhnə bir idarə deyil ki, çıxıb gedəsən, sonra da ora qayıdasan. Səhnə fəaliyyətinə sadəcə ara vermək olar. Mənim də belə bir qərar verməyim səbəbsiz deyildi. Çünki o vaxtlar konsertlərin səviyyəsindən, oradakı atmosferdən xoşum gəlmirdi, ona görə də çəkilmişdim kənara. Düşünürdüm ki, əgər mən istədiyim kimi olmursa, o zaman istəmədiyim kimi də olmasın. Heç yerə getmirdim. Məsələn, televiziya verilişlərinin bir neçəsi xoşuma gəlmir, birinə getsəm, digərləri inciyəcək məndən, ona görə də heç birinə getmirdim. Artıq hər şey öz axarına düşüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib

Vahid Əziz vəkil tutmaqla məşğuldur

Brilyant Dadaşova: "Seda Sayan görün nə qədər pul qazanıb ki?.."

Brilyant Dadaşovanın konserti niyə təxirə düşdü?

Brilyant Dadaşova: "Vahid Əzizin reaksiyası məni təəccübləndirib"

Bölmənin digər xəbərləri
 
"A-Studio"nu Bakıya kim gətirib?
Qrup paytaxta kiçik konsert təqdim edib

Hüseyn Dərya sevdiyi qadından avtomobil hədiyyə alıb?
O, "Aynurun avtomobilini mən idarə edirdim" deyir

Azəri qızı üçün sürpriz
Günelin ad gününə dostların hədiyyəsi

İlhamə Quliyevanın İstanbul görüşləri
Onun konserti təşkil ediləcək

Ən bahalı klip və albom kimə məxsusdur?
Leyla Ramazanlı son işlərindən danışdı

Namiq Qaraçuxurlunun Dərbənd konserti sonraya qaldı
Yeni tarix tezliklə bəlli olacaq

Könül Kərimovadan 8 mahnıya 12 min manat
İndi bəstəkar Nazimlə çalışır

Röya oğluna toy elədi
Kirvə Murad Dadaşov isə məclisdə gözə dəyməyib

Ukrayna Safura Əlizadəni seçib
Sənətçi "Beatles"in mahnılarını oxuyacaq

Samir Bağırov:"O mənə yaşamağa ruh verir"
Və həmin xanımın adını söylədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər