"Best Model of Azerbaiyan-2010"un prezidenti Validə Abbasova müsabiqənin iştirakçıları üçün maraqlı sürpriz təqdim edib. O, Rusiyanın məşhur ulduzlarından olan "A-Studio" komandasını Bakıya dəvət edib.
Bu günlərdə keçirilən konsert proqramını müsabiqənin iştirakçıları ilə yanaşı, əsas aparıcı qüvvələrdən - Anar Ağakişiyev, Lyubov Kutrova, final tədbirinin aparıcıları kimi nəzərdə tutulan Murad Arif və Səbinə Babayeva, eləcə də müğənni Elnur Hüseynov və başqaları izləyiblər. Pozitiv enerji ilə yüklənən gecənin iştirakçıları "A-Studio"nun hitləri ilə rəqs edib və əyləniblər. Konsertin yekununda DY Remin iştirakı ilə diskoteka təşkil edilib.
|