Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Yaddaş"ın premyerası
"Yaddaş"ın premyerası
Bu kiçik büdcəli film təsirlidir
Şənbə, 23.10.2010

mətn ölçüsü  

Bu günlərdə Bakı Rus Dram Teatrında premyerası keçirilən "Yaddaş" filmi Qarabağ müharibəsi, insani dəyərlər, 90-cı illərin əvvəllərindəki milli ideyanın istehlak ideyasına transformasiya olunması, pak adamların ruhuna rahatlıq verməyən hay-küylü, yoxsul ruhlu urbanizasiya gerçəkliyi haqdadır. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Naxışın ssenarisi ilə çəkilən bu filmdə cərəyan edən hadisələr 1991-ci ilə - müharibə vaxtına təsadüf edir. Dörd "əfqan" dost - şiə şəhidlərinin adını daşıyan Əli, Həsən, Hüseyn və Azər Qarabağın dağ kəndinə gedir. Azər dostlardan birinin bacısı Arzu ilə nişanlanmaq istəyir. Nişan mərasimi zamanı silahsız kəndə erməni yaraqlıları və Rusiya hərbçiləri hücum edir.

Bu, Vahid Naxışın fantasmaqoriyalı təxəyyülünün məhsulu deyil, belə hadisələr Qarabağda çox olub. Amma dinc yaşayış məntəqələrinə hücumların içərisində ən faciəlisi Xocalının işğalı və onun əhalisinin məhv edilməsi idi. Yaraqlıların azərbaycanlı qonşularını gizlətmək cəhdinə görə erməni ailəsini cəzalandırması süjeti də filmdə yer alır və bu da təxəyyül məhsulu deyil. Belə hadisələr də az olmayıb.

Əfqan müharibəsi təcrübəsi olan dostlara silah əldə etmək müyəssər olur. Onlar erməni yaraqlıları və mənəviyyatca pozulmuş Rusiya hərbçiləri ilə qeyri-bərabər döyüşə girirlər. Dostlardan üçü qəhrəmancasına həlak olur, Azər isə ağır yaradan sonra koma vəziyyətində Bakı klinikasında çarpayıda yatır.

On doqquz gün keçəndən sonra o, bir anlığa ayılır ki, öz xəyalları vasitəsilə tamaşaçılara öz tarixçəsini danışsın və ruhları Bakının alt-üst edilmiş məhəllələrində və başları üzərində sallanan çoxmərtəbəli binalar arasında dolaşaraq rahatlıq tapmayan dostlara qoşulsun.

Qarabağ müharibəsi və ağrı bu filmdə yanaşıdır - itkilərin ağrısı və möhtəkirlik sayəsində dövlətlənib varlılar sıralarına girənlərin ayaqlar altına salıb tapdaladığı ümidlərin ağrısı. Film hərbi münaqişələrdən iztirablara düşmüş müxtəlif xalqların filmləri kimi ziddiyyətli və mürəkkəbdir.

Filmə müxtəlif yöndən baxmaq olar. Ayrı-ayrı qüsurlara görə onu tənqid etmək də mümkündür. Amma Naxışın qeyd etdiyi kimi, tənqid hər zaman gələcəkdə daha maraqlı film çəkmək imkanı verir. Amma bəlkə də nöqsan axtarmağa lüzum yoxdur - kiçik büdcəli bu film təsirlidir. O, filmin qəhrəmanları kimi yarı dağıdılmış gerçəkliklə idealist gələcəyin xiffəti arasında çapalayan bir çoxlarının ruhuna toxunur. ("Turan")


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq"
Aybəniz Haşımovanın ilk konsertində tamaşaçı az olub

Fuad Poladov yenidən Azdramanın səhnəsində
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Baloğlan Əşrəfovun konserti olacaq
Oktyabrın 25-də Muğam Teatrında əməkdar artist Baloğlan Əşrəfovun solo konserti keçiriləcək.

Opera teatrının solisti Böyük Teatrda təcrübə keçir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.

Teatr 83-cü mövsümünü açır
Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək.

Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Bu törən "Veqas" kompleksində olacaq

Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Bu tanınmış sənətçi vətənpərvərlik mahnılarının parlaq ifaçısıdır

"Mənim Qarabağım" fotosərgisi "Gallery Senter"də
"Honfleur Gallery"də təşkil olunacaq

Dünya teatr aləmi Bakıya yığışacaq
Söhbət I Bakı Beynəlxalq Teatr Konfransından gedir

4000-dən artıq qiymətli val arxivə təhvil verilib
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.

Kimdir haqlı: ana, yoxsa direktor?
Xoreoqrafiya məktəbində qəribə əhvalat



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər