Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Kimdir haqlı: ana, yoxsa direktor?
Xoreoqrafiya məktəbində qəribə əhvalat
Şənbə, 23.10.2010

mətn ölçüsü  

Media Mərkəzində Sevinc Hacıyevanın Bakı Xoreoqrafiya Məktəbindən xaric edilməsilə bağlı mətbuat konfransı bu məktəbdə baş verən qəribə proseslərə işıq saldı.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov Sevinc Hacıyevanın anası Reyhan Hacıyevanın deputat Mehriban Əliyevaya müraciətindən sonra uşağın məktəbə götürüldüyünü xəbər verib. Hazırda 4-cü sinifdə oxuyan S.Hacıyevanı məktəbin direktoru Nilufər Kərimova sentyabrın 14-dən məktəbə buraxmırmış. Səbəb olaraq şagirdin 3-cü sinfin yaz tədris proqramını yerinə yetirməməsini, imtahanlardan 2 almasını göstərir.

Şagirdin anası R.Hacıyeva da qızının ümumi bilik dərslərindən zəif oxumağını desə də, amma bu zəifliyin heç də sinifdə qalması və ya məktəbdən xaric edilməsi səviyyəsində olmadığını bildirib. "Əgər Sevinc zəif idisə, bu 3 ildə niyə zəif olmadı və birdən-birə 3-cü sinfin ikinci yarısında bu zəiflik üzə çıxdı?", - deyə R.Hacıyeva qızının imtahanlardan kəsilməsilə barışmadığını bildirib. O həm də qızından təkrar imtahan götürülmədiyindən şikayət edib.

Daha sonra R.Hacıyeva qızının məktəbdən çıxarılmasına səbəb kimi heç də zəif oxumasını yox, ... pul vermədiyini iddia edib. Onun sözlərinə görə, imkanı olmadığı üçün digər valideynlər kimi müəllimlərə və ya direktora pul verə bilməyib... Həm də məktəb direktorunun 9 yaşlı uşağı məktəbdən çıxarmaq üçün dərsləri pozmaqda ittiham etməsini, sadəcə, təzyiq, uşaq haqlarının pozulması adlandırıb. Bununla bağlı uşaq hüquqlarını müdafiə təşkilatlarına müraciət etsə də, müraciətlərə cavab verilmədiyini (?) nəzərə çatdırıb.

R.Hacıyeva uşağın haqlarının müdafiəsi üçün məktəbin tabe olduğu Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, qaneedici cavab almadığını (?) bildirib. R.Hacıyeva qızının həmçinin "Ölüm növbəsi" bədii, "Qara dəftər" sənədli filmində çəkildiyini, skripka alətində ifa bacarığının olduğunu söyləməklə məktəb direktorunun əsassız qərar qəbul etdiyini nəzərə çatdırmaq istəyirdi. Övladını tək ana kimi böyüdən R.Hacıyeva onun təhsilini davam etdirməsi üçün bütün imkanlardan istifadə edəcəyini söyləyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi

Bölmənin digər xəbərləri
 
"Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq"
Aybəniz Haşımovanın ilk konsertində tamaşaçı az olub

Fuad Poladov yenidən Azdramanın səhnəsində
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Baloğlan Əşrəfovun konserti olacaq
Oktyabrın 25-də Muğam Teatrında əməkdar artist Baloğlan Əşrəfovun solo konserti keçiriləcək.

Opera teatrının solisti Böyük Teatrda təcrübə keçir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.

Teatr 83-cü mövsümünü açır
Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək.

Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Bu törən "Veqas" kompleksində olacaq

Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Bu tanınmış sənətçi vətənpərvərlik mahnılarının parlaq ifaçısıdır

"Mənim Qarabağım" fotosərgisi "Gallery Senter"də
"Honfleur Gallery"də təşkil olunacaq

Dünya teatr aləmi Bakıya yığışacaq
Söhbət I Bakı Beynəlxalq Teatr Konfransından gedir

4000-dən artıq qiymətli val arxivə təhvil verilib
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.

"Yaddaş"ın premyerası
Bu kiçik büdcəli film təsirlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər