Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Dünya teatr aləmi Bakıya yığışacaq
Dünya teatr aləmi Bakıya yığışacaq
Söhbət I Bakı Beynəlxalq Teatr Konfransından gedir
Şənbə, 23.10.2010

Xatun mətn ölçüsü  

Noyabrın 9-da Azərbaycanda I Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu konfrans öz işini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmir olunmuş yeni binasında quracaq. Bu, təmirdən sonra teatrda keçirilən ilk tədbir sayılacaq. Konfransda müxtəlif ölkələrin tanınmış rejissorları, prodüserləri, teatr təşkilatları rəhbərləri, teatrşünasları iştirak edəcək. Beynəlxalq konfrans iki gün davam edəcək.

Qeyd edək ki, 138 illik tarixi olan Azərbaycan teatr sahəsində ilk dəfədir belə bir konfrans keçirilir. Teatrın açılışından sonra bir sıra yeni tamaşaların hazırlanması nəzərdə tutulub və rəhbərlik teatra peşəkar aktyor heyəti dəvət edir. Bunların sırasında xalq artisti Fəxrəddin Manafovun da adı çəkilir. Təklif ona teatrın rəhbəri İsrafil İsrafilovdan gəlib.

Aktyor bildirib ki, direktorun bu təklifini artıq qəbul edib:

"Mən o təklifi artıq almışam. Düşünürəm ki, gələcəkdə elə bir tanınmış və məni maraqlandıran bir əsər olsa, güman ki, bu işə "hə" deyərəm. Ancaq bu, müqavilə yolu ilə olacaq. Təklif edirlər, dəvət edirlər, əgər sən onları qane edirsənsə, əgər səni əsər, rejissor, qoyulan məqsəd qane edirsə, çalışırsan. Mən böyük məmnuniyyətlə bu təklifi qəbul etmişəm və təbii ki, gözləyirəm. Vaxt gələndə, hələ də tələb olunan aktyor olaramsa, işləyərəm. Onu da deyim ki, İsrafil İsrafilov teatrı gözəl bilən professional bir insandır, teatrşünasdır. Uzun illərdir teatr sahəsində çalışır. Tofiq Kazımov kimi dahi bir insanın tələbəsi, köməkçisi olub. Teatrdan həddən artıq xəbərdar olan biridir. Onun ora təyin olunması böyük bir hadisə, düzgün, dəqiq bir işdir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qala" Qoruğunda festival

Beynəlxalq təşkilatlar prezidentə müraciət etdi

"Azadlıq" bloku icazəsiz aksiyalara start verdi

Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir

Ölkənin ən böyük kapitallaşmış bankı çətinlik içində

Bölmənin digər xəbərləri
 
"Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq"
Aybəniz Haşımovanın ilk konsertində tamaşaçı az olub

Fuad Poladov yenidən Azdramanın səhnəsində
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Baloğlan Əşrəfovun konserti olacaq
Oktyabrın 25-də Muğam Teatrında əməkdar artist Baloğlan Əşrəfovun solo konserti keçiriləcək.

Opera teatrının solisti Böyük Teatrda təcrübə keçir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.

Teatr 83-cü mövsümünü açır
Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək.

Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Bu törən "Veqas" kompleksində olacaq

Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Bu tanınmış sənətçi vətənpərvərlik mahnılarının parlaq ifaçısıdır

"Mənim Qarabağım" fotosərgisi "Gallery Senter"də
"Honfleur Gallery"də təşkil olunacaq

4000-dən artıq qiymətli val arxivə təhvil verilib
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.

Kimdir haqlı: ana, yoxsa direktor?
Xoreoqrafiya məktəbində qəribə əhvalat

"Yaddaş"ın premyerası
Bu kiçik büdcəli film təsirlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər