Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Bu tanınmış sənətçi vətənpərvərlik mahnılarının parlaq ifaçısıdır
Şənbə, 23.10.2010

mətn ölçüsü  

Türkiyədə yaxşı tanınan və çox sevilən, vətənpərvərlik mahnılarının ifaçısı kimi şöhrət qazanmış Mustafa Yıldızdoğan Azərbaycan əsgərləri qarşısında konsert proqramı ilə çıxış edəcəkdir (APA). Mustafa Yıldızdoğan Bakıya oktyabrın 29-da gələcək. Əməkdar artist Azərinlə birlikdə Daxili Qoşunların və Müdafiə Nazirliyinin cəbhə xəttindəki hərbi hissələrinin birində əsgərlərimizin qarşısına böyük konsert proqramı ilə çıxacaqlar. Bunun üçün Türkiyə səfirliyinin Hərbi Attaşeliyi konsertə icazə xahişi ilə müvafiq hərbi qurumlara müraciət edib və razılıq əldə olunub.

Azərin də bundan öncə Türkiyədə antiterror əməliyyatlarının getdiyi bölgələrdə hərbçilər qarşısında konsert proqramı ilə çıxış etmişdi.

Mustafa Yıldızdoğan 1966-cı ildə Konya şəhərində sadə bir ailədə doğulub. Ailədə yeddi övladdan biridir. Sənətə sazla (bağlama) ilə gəlib. 1990-cı ildə ilk albomu "Doğuyoruz ufuklardan" çıxıb və ona şöhrət gətirib. Son albomu isə "Sənin için"dir və keçən il işıq üzü görüb. 19 ildə cəmi 16 albom. "Türkiyəm", "Bu vatan kimin", "İnsanlar" adlı albomları daha məşhurdur və Azərbaycanda da çox sevilir.

Mustafa indiyədək Türkiyənin özündə Qarsdan Ədirnəyədək, Avropa, Amerika ölkələrində minlərcə konsert verib. Özü barəsində deyir: "Sənətçinin ömrü sevənlərin sevgisi qədərdir".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq"
Aybəniz Haşımovanın ilk konsertində tamaşaçı az olub

Fuad Poladov yenidən Azdramanın səhnəsində
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Baloğlan Əşrəfovun konserti olacaq
Oktyabrın 25-də Muğam Teatrında əməkdar artist Baloğlan Əşrəfovun solo konserti keçiriləcək.

Opera teatrının solisti Böyük Teatrda təcrübə keçir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.

Teatr 83-cü mövsümünü açır
Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək.

Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Bu törən "Veqas" kompleksində olacaq

"Mənim Qarabağım" fotosərgisi "Gallery Senter"də
"Honfleur Gallery"də təşkil olunacaq

Dünya teatr aləmi Bakıya yığışacaq
Söhbət I Bakı Beynəlxalq Teatr Konfransından gedir

4000-dən artıq qiymətli val arxivə təhvil verilib
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.

Kimdir haqlı: ana, yoxsa direktor?
Xoreoqrafiya məktəbində qəribə əhvalat

"Yaddaş"ın premyerası
Bu kiçik büdcəli film təsirlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər