Hal-hazırda Ayna qəzetinin 23.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Moskvada Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq
Bu törən "Veqas" kompleksində olacaq
Şənbə, 23.10.2010

mətn ölçüsü  

Müslüm Maqomayevin xatirə günü - oktyabrın 25-də Moskvadakı "Veqas" ticarət mərkəzində Müslüm Maqomayev adına Ulduzun təməli qoyulacaq. Bu barədə rus mətbuatına Müslüm Maqomayevin dul xanımı, tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya danışmışdır. Onun sözlərinə görə, Müslüm Maqomayev adına Ulduzun açılış mərasimi Maqomayevlər ailəsinin yaxın dostu Araz Ağalarovun oğlu Emin Ağalarovla birlikdə tikdirdiyi "Veqas" kompleksində keçiriləcək:

"Bu kompleksin və Şöhrət xiyabanının açılışı artıq olub. Burada öz imzasını qoyan ilk ulduz isə tanınmış ABŞ aktyoru Robert de Nirodur. Oktyabrın 25-də Müslüm Maqomayevin xatirə günüdür və bununla əlaqədar onun ulduzunun təməli qoyulacaq. Ulduzun üzərində isə dahi müğənninin faksimele imzası qoyulacaq". Yeri gəlmişkən, oktyabrın 23-24-də Moskvada Müslüm Maqomayev adına Vokalçıların I Beynəlxalq Müsabiqəsi keçiriləcək. Müsabiqəni Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu təşkil edib. Fond tanınmış Rusiya sahibkarı, "Krokus Internesnl" şirkətlər qrupunun başçısı Araz Ağalarov tərəfindən təsis edilib. Qeyd edək ki, Tamara Sinyavskaya bu tədbirlərdən sonra Bakıya gələcək və Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarını ziyarət edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Başlanğıca dönüş: İran, Türkiyə və Amerikanın gələcəyi"

KVN Teatrı yerli ulduzlarla dünya ulduzlarını bir səhnədə görüşdürdü

Sulduz mollasının pantürkçülüyü

"Yeni ulduz"un iştirakçısı hüquqlarını qoruya bilmədi

Tünzalə "Mardan Palace"da səhnəni ulduzlarla bölüşüb

Bölmənin digər xəbərləri
 
"Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq"
Aybəniz Haşımovanın ilk konsertində tamaşaçı az olub

Fuad Poladov yenidən Azdramanın səhnəsində
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Baloğlan Əşrəfovun konserti olacaq
Oktyabrın 25-də Muğam Teatrında əməkdar artist Baloğlan Əşrəfovun solo konserti keçiriləcək.

Opera teatrının solisti Böyük Teatrda təcrübə keçir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.

Teatr 83-cü mövsümünü açır
Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək.

Mustafa Yıldızdoğan əsgərlərimizin qarşısına çıxacaq
Bu tanınmış sənətçi vətənpərvərlik mahnılarının parlaq ifaçısıdır

"Mənim Qarabağım" fotosərgisi "Gallery Senter"də
"Honfleur Gallery"də təşkil olunacaq

Dünya teatr aləmi Bakıya yığışacaq
Söhbət I Bakı Beynəlxalq Teatr Konfransından gedir

4000-dən artıq qiymətli val arxivə təhvil verilib
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.

Kimdir haqlı: ana, yoxsa direktor?
Xoreoqrafiya məktəbində qəribə əhvalat

"Yaddaş"ın premyerası
Bu kiçik büdcəli film təsirlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər