Hal-hazırda Ayna qəzetinin 16.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Hamı müğənni olmaz ki
Hamı müğənni olmaz ki
Yalçın Rzazadə bunu anormal sayır
Şənbə, 16.10.2010

Şəms mətn ölçüsü  

"Təəssüflər olsun ki, Azərbaycanda şou anlamı düzgün formalaşmayıb. Çünki hər yerindən duran müğənni olmaq həvəsinə düşür. Bunun nəticəsidir ki, səhnəyə əcnəbi musiqilərin təsiri altında, istedadsız, ifrat dərəcədə soyunmağa meyilli gənclər gəlirlər". Bu sözləri dilə gətirən xalq artisti Yalçın Rzazadənin qənaətincə, müasir şou mühitində bərbad vəziyyət hökm sürür.

Sənətçi qeyd edir ki, xüsusilə də səhnəyə gələn gənc qızlar səsi ilə deyil, bədən quruluşlarını nümayiş etdirməklə məşhurluq qazanmaq istəyirlər. "Amma tamaşaçını aldatmaq olmaz. Əsl musiqisevər dinləyiciyə nə qədər bayağı mahnı təqdim etsən də, o, yaxşını pisdən ayırır. Odur ki, dinləyici belələrinə bir dəfə qulaq asdıqdan sonra üzünü çevirir", - deyə o əlavə etdi.

Öz növbəsində Yalçın Rzazadə yaşlı müğənnilərin yüngül hərəkətlərini də qəbul etmir. Hesab edir ki, səhnə təcrübəsi olan müğənnilər həm mədəniyyətlərini nümayiş etdirməli, həm də səviyyələrini qorumalıdırlar.

Söhbət əsnasında Yalçın Rzazadə yerli telekanallarda yayımlanan maqazin proqramlarına da münasibət açıqlayıb. "Ümumiyyətlə, yerli telekanalların yüngül şoulara, maqazin verilişlərinə daha çox yer ayırması məni narahat edir. Düşünürəm ki, bu kimi verilişlər gənc nəslin düzgün tərbiyə olunmasına maneə törədir", - deyə o bildirib. Müxtəlif səpkili verilişlərə dəvət edildiyini deyən Yalçın Rzazadə yerli televiziya məkanında səviyyəli kanal və verilişlərin say azlığına təəssüf etdi.

Sənətçi qeyd edir ki, özünə və sənətinə son dərəcə hörmətlə yanaşdığından dəvət aldığı verilişlər arasında seçim edir:

"Mən hər hansı bir verilişə dəvət ediləndə mütləq seçim edirəm. Üstəlik verilişin qonaqlarının kimlər olduğu ilə də maraqlanıram. Əgər digər dəvətlilərin sənəti mənim səviyyəmdə deyilsə, təbii ki, mən o verilişdə iştirak etmirəm".

Bəlli oldu ki, Yalçın Rzazadə son zamanlar bir neçə gənc ifaçının onun repertuarına müraciət etməsini müsbət qiymətləndirir. Deyir ki, gənc olmasına baxmayaraq, sənətin dəyərini bilən bu müğənnilər düzgün yoldadır:

"Ölkədə musiqi müsabiqələrində gənclərin əksəriyyəti mənim mahnılarımı oxuyur. Hətta həmin mahnılara kliplər də çəkdirirlər. Bu yaxınlarda təxmini bir hesablama apardım. 38 mahnıma klip çəkiblər. Əgər mən o mahnıları yaxşı ifa edib sevdirməsəydim, yəqin cavanlar bu mahnılara müraciət etməzdilər. Amma bəzən görürsən ki, mahnını pis oxuyurlar. Bax, bu zaman çox məyus oluram".

Yalçın Rzazadə bir müddət öncə solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxmağı planlaşdırırdı. Sənətçi qeyd edir ki, obyektiv səbəblər üzündən bu istəyini gerçəkləşdirə bilmədi:

"Səhhətimdə bəzi problemlər yarandığından solo konsert arzumu gerçəkləşdirə bilmədim. Amma inanıram ki, tezliklə bu istəyim gerçəkləşər. Əslində bu konsertin baş tutmasını çox istəyirəm. Çünki çoxdandır belə bir proqramla tamaşaçı qarşısına çıxmıram. Hesab edirəm ki, bu, hesabat xarakterli konsert olacaq. Qoy xalqım görsün ki, Yalçın dəyişməyib, səsini itirməyib, əksinə, daha mükəmməl formadadır. Düşünürəm ki, bu konsert yaxın aylarda gerçəkləşər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"

Yalçın Rzazadə: "Milli estradada yadlaşma sindromu yaşanır"

Samir Bağırov rus şou-biznesində möhkəmlənir

Zülfiyyə Xanbabayeva: "Bu gün məişət jarqonları ilə səhnədə tərbiyəsizlik edirlər"

Elnur Hüseynzadə: "Şou-biznes ən çirkablı sahədir"

Bölmənin digər xəbərləri
 
Ayan musiqisevərlərə sürpriz vəd edir
Aygün Bəylər qadın həmkarına mahnı yazıb

"Best Model of Azerbaiyan-2010"un qonaqları kimlər olacaq?
Final mərhələsinə sayılı günlər qalıb

Köhnə dostlar barışdı
İlk addım Eltondan gəldi

Türk sənətçiləri bir araya toplayacaq
Günel ad gününə hazırlaşır

İlhamə Quliyeva İstanbula yollanıb
Onun səfər proqramı sıxdır

Röya: "Anar baş verənlərdən xəbər tutmasın deyə..."
Mətbəxdə biskvit uğursuzluğu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər