Hal-hazırda Ayna qəzetinin 16.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Röya: "Anar baş verənlərdən xəbər tutmasın deyə..."
Röya: "Anar baş verənlərdən xəbər tutmasın deyə..."
Mətbəxdə biskvit uğursuzluğu
Şənbə, 16.10.2010

Z.Rüstəm mətn ölçüsü  

Röya ilə bu dəfə yaradıcılıqdan kənar söhbət etmək istədik. Yəni sənətçinin özünə qulluq sirləri, məişətdə, mətbəxdə rolu və s. haqqında.

- Ana olan ərəfələrdə çəkiniz gözəçarpacaq qədər artmışdı. Bir müddət bundan əziyyət çəkdiyiniz hiss olunurdu. Amma bir neçə aydan sonra sürətlə arıqladınız. Bunun sirrini bilmək istərdik.

- Əslində nə estetik əməliyyat etdirmişəm, nə də pəhriz saxlamışam. Çəkimin məni narahat edəcək qədər artıq olduğunu görüb, qarşıma məqsəd qoydum - mütləq arıqlamalıyam. Bu qətiyyəti beynimə yeridib, başladım az qida qəbul etməyə. Sizə bir sirr açım. Əslində, hamilə olduğum son aylarda mən həddən artıq çox qida qəbul etmişəm. Bəlkə, çoxları üçün təəccüblü görünər. Günə təkcə 6-7 çörək yeyirdim. Bu orqanizmdə bir tələbat olaraq yaranmışdı. Ona görə də sürətlə kökəlməyə başladım. Arıqlamaq qərarını verəndən sonra yeməyə tələbat yarandığı vaxtlarda başladım daha çox maye qəbul etməyə.

- Yəni su ilə qidalanırdın?

- Ən yaxşı vasitə kofedir.

REKLAM

Xanımlara da tövsiyə edirəm ki, arıqlamaq üçün bundan gün ərzində istifadə etsinlər. Amma kofeni həddindən artıq da çox qəbul etmək olmaz. Günə bir fincan yetər. Əvvəllər günə bir neçə dəfə qəbul edirdim. Sonradan öyrəndim ki, bu, üzdə qırışlar əmələ gətirir.

- Arıqlamaq üçün insan təkcə maye ilə qidalana bilməz. Bu, orqanizmdə bir çox mineralların azalmasına gətirib çıxarır. Bu cür təhlükələrdən qorxmursan?

- Əslində, orqanizmim aclığa öyrəşib. Bu qədər işlər görürəm. Onları çatdırmaq üçün səhərdən axşama kimi çalışıram. Yalnız gecə saatlarında qidalanmağa vaxt tapıram. Bu, insanlara bir qədər qəribə görünə bilər. Amma mən ancaq səhər saatlarında normal qida qəbul edirəm.

- Sonrakı saatlarda isə maye ilə qidalanırsan?

- Belə demək olar. Mənim gün ərzində evə qayıtmağım ən tezi saat 22:00-a təsadüf edir. Evə çatan kimi Hüseynlə (oğlunu nəzərdə tutur - red.) məşğul oluram. Yorğunluğumu çıxarıram. Daha sonra yemək yadıma düşmür. Birbaşa yatağa yollanıram. Saat 24:00-da yatıram və səhər saat 6-da oyanıram. Başlayıram həmin saatdan düz evdən çıxana kimi yeməyə.

- Sübh çağı oyanmağa səni yemək vadar edir?

- Buna vərdiş deyərdim. Oyanıram, evdə bir az gəzişirəm. Yemək yeyib, təzədən yatıram. Çox vaxt saat 10-da oyanıram. Lap gec yatanda isə oyanmaq vaxtım maksimum 12-yə çəkir. Yenidən qidalanıb, evdən çıxıram. Amma bu səhər yeməyə vaxtım qalmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

Röya tarixə düşəcək?

Röya 4 gün oxuyacaq

Rəhim Rəhimlinin verilişi bağlanıb?

Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq

Bölmənin digər xəbərləri
 
Ayan musiqisevərlərə sürpriz vəd edir
Aygün Bəylər qadın həmkarına mahnı yazıb

"Best Model of Azerbaiyan-2010"un qonaqları kimlər olacaq?
Final mərhələsinə sayılı günlər qalıb

Köhnə dostlar barışdı
İlk addım Eltondan gəldi

Türk sənətçiləri bir araya toplayacaq
Günel ad gününə hazırlaşır

İlhamə Quliyeva İstanbula yollanıb
Onun səfər proqramı sıxdır

Hamı müğənni olmaz ki
Yalçın Rzazadə bunu anormal sayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər