Hal-hazırda Ayna qəzetinin 16.10.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.10.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Gəncədə N1N1 virusuna qarşı yeni vaksinasiya
Bu dəfə vaksinə orta məktəblər cəlb olunur
Şənbə, 16.10.2010

Aytən mətn ölçüsü  

Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomuyeva məlumat verərək bildirib ki, ilin əvvəlində səhiyyə işçiləri və könüllülər arasında aparılan peyvəndləmə növbəti dəfə orta məktəblərdə keçiriləcək. Bura əsasən yuxarı sinif şagirdləri cəlb olunacaq. Bunun üçün şəhərə təkrar vaksinlər gətiriləcək.

Almaz Tomuyeva qeyd edir ki, N1N1 virusu haqda əhalini maarifləndirmək üçün onların mərkəzinə külli miqdarda plakatlar gətirilib. Nəzərə çatdırdı ki, həmin plakatlar şəhərin orta məktəblərinə və bütün tibb müəssisələrinə asılacaq.

Aldığımız başqa bir xəbərə görə, Gəncədə "Ekspress" testləri 3 hamilədə hepatit B aşkar etmişdir. Bu barədə Rostropoviç-Vişnevskaya Fondundan məlumat verilərkən bildirilib ki, onların Gəncənin qadın məsləhətxanaları, "Perinatal Mərkəz" və Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim etdiyi "Ekspress" testləri ilə artıq hamilələr hepatit B və QİSÇ-ə müayinə olunur.

Sentyabrın 16-dan bəri aparılan bu müayinələr zamanı qısa müddət ərzində 193 hamilə qadın hepatit B-yə müayinə olunub. Onların 3-də hepatit B aşkarlanıb. Həmçinin NIV-ə də müayinə olunan hamilə qadınların sayı 113 nəfər təşkil edib. Onların heç birində NIV aşkar olunmayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondunun "Hamilə qadınlar arasında hepatit B və NIV-in diaqnostikası və yeni doğulmuş uşaqların hepatit B virusuna qarşı profilaktikası" proqramına əsasən Respublika Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri bu yaxınlarda Gəncədə olmuşdular. Qeyd olunub ki, keçirilən təlim məşğələyə Gəncədə fəaliyyət göstərən "Perinatal Mərkəz", qadın məsləhətxanaları və Gigiyena və Epidemiologiya Mərkəzinin ümumilikdə 50-ə yaxın mütəxəssisi cəlb olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Donuz qripi"nin dalğası planeti bürüyüb

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın

Vaksinlərin gətirilməsi gecikir

"Donuz qripi"nə qarşı vaksinin ikinci partiyası gətirilib

Bölmənin digər xəbərləri
 
Kinokameralar iç dünyamızdan başqa, hər yana yönəlib
Aqil M.Quliyev "əyalət düşüncəsin"dən gileylənir

Fidan Hacıyeva müsabiqədə birinci oldu
Azərbaycanlı sənətçi İtaliyada uzunmüddətli müqavilə imzalayıb

Mədəniyyət heyətimiz Şanxaya gedir
Musiqimiz, incəsənətimiz və milli mətbəx təqdim olunacaq

Hər 12 nəfərdən biri - talassemiya daşıyıcısı
Ümumilikdə isə ölkədə 1 milyona yaxın...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər