Hal-hazırda Ayna qəzetinin 25.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qurultayda ciddi qərarlar gözlənir
Qurultayda ciddi qərarlar gözlənir
Cəbhəçilərin Müsavatla birləşməyə "hə" deyəcəkləri realdır
Şənbə, 25.09.2010

İ.Abbasov mətn ölçüsü  

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayıdır Partiyanın bütün mühüm məsələlər üzrə mövqeyi müəyyən ediləcək. Bunu AXCP sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, qurultayda partiyanın rəhbər orqanlarının seçilməsi ilə yanaşı, Qarabağ problemi, ölkədə sosial-iqtisadi vəziyyət, parlament seçkiləri üzrə qərarlar qəbul ediləcək.

Bundan başqa, qurultay AXCP və Müsavat Partiyasının birləşməsi kimi mühüm məsələyə münasibət bildirəcək. Kərimli qurultay nümayəndələrinin ölkədə vəziyyəti əsaslı şəkildə dəyişə biləcək bu ideyanı dəstəkləyəcəklərindən əmin olduğunu bildirib.

"Partiyaların birləşməsi ideyasına müsbət yanaşma olarsa, birləşdirici qurultay keçiriləcək və müvafiq qərar qəbul ediləcək. Aydındır ki, bu qurultay artıq parlament seçkilərindən sonra keçiriləcək", - deyə qeyd edən Ə.Kərimli AXCP-nin qurultayının "Müstəqillik əldə etdik, demokratiya da quracağıq" şüarı altında keçiriləcəyini də vurğuladı. Habelə qurultayda Ə.Kərimlinin hesabat xarakterli məruzəsində ölkədə siyasi vəziyyət qiymətləndiriləcək və böhrandan çıxış yolları təklif ediləcək.

Ə.Kərimlinin fikrincə, cəmiyyətdə süstlük mövcuddur. Amma hesab edir ki, elə bu vəziyyətdən də cəmiyyət özü çıxmalıdır və bu işdə qurultay partiyanı mübarizəyə səfərbər etməlidir.

"Prinsipial mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanda demokratik dövlət qurulmalı və xalqın hakimiyyəti seçkilər yolu ilə dəyişmək imkanı olmalıdır. Hakimiyyət bunu istəmir və buna görə bizi radikal müxalifət adlandırır", - deyə Ə. Kərimli bildirib.

Parlament seçkilərinə toxunan Kərimli qeyd edib ki, "AXCP-Müsavat" seçki bloku artıq 125 dairədən, demək olar ki, 100-ü üzrə vahid namizədlərini razılaşdırıb və bu proses davam edir. Habelə 7 dairədə blok müstəqil namizədləri dəstəkləyəcək.

Blok elə bir kampaniya təşkil etmək niyyətindədir ki, namizədlərin seçki qərargahları hər bir evi və mənzili əhatə etsin. Bununla yanaşı, seçkiqabağı təşviqat KİV və qapalı yerlərdə mitinq və toplantılarda seçicilərlə birbaşa görüşlər vasitəsilə bütün mümkün yollarla aparılacaq. Kərimli seçkilərdə təbliğatla bağlı yeni texnologiyalardan istifadə edəcəklərini və bu işə yalnız seçkilərə 23 gün qalmış start verəcəklərini qeyd etdi.

AXCP sədri Azərbaycanda seçkiöncəsi durumun kifayət qədər kafi olmağına baxmayaraq, 7 noyabr parlament seçkilərində ən azı 75 dairədə qələbə qazanacaqlarını da bildirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Parlament seçkilərinə xarici müdaxilə?

İsa Qəmbər başqanlıqdan gedir

Ştefan Füle əminliklə danışır:

AXCP ilə Müsavat bir araya gəlmək fikrindədir

Bölmənin digər xəbərləri
 
Prezident BMT-ni öz missiyasını icra etməyə çağırdı
Əliyevin 65-ci sessiyadakı çıxışı Dağlıq Qarabağ problemi və bu problemin fəsadları üzərində qurulmuşdu

NATO-nun Qafqaz siyasətində "durğunluq dövrü" başlayıb
Bu dövr uzun sürə bilər

"Siyasi özfəaliyyətə" qarşı sərt mövqe
Namizədliyini geri götürməyən YAP-dan çıxarılacaq

Ruslar Qarabağ münaqişəsini "çox ağır problem" sayır
Və danışıqlarda üçüncü tərəfi qəbul etmirlər

Lalə Şövkət parlament siyasətindən imtina edib
Liberallar seçkiyə lidersiz gedirlər

Deputatlığa namizədlərin nəzərinə
MSK parlament seçkiləri ilə bağlı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adını açıqlayıb

Muxtar Respublika seçki komissiyalarını müxalifətsiz formalaşdırıb
Bunun günahı müxalifətdə görülür

Vaşinqtonda qlobal enerji sammiti
Xəzərin karbohidrogen ehtiyatı və BTC-nin əhəmiyyəti vurğulanıb

Avropa Şurasının İnformasiya Ofisi ləğv olunur
Səbəb - islahatlardır

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil

Balakəndə Azərbaycan-Gürcüstan sərhəd müzakirəsi
Razılaşdırılmayan sahələrə dair fikir mübadiləsi olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər