Hal-hazırda Ayna qəzetinin 25.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Prezident BMT-ni öz missiyasını icra etməyə çağırdı
Prezident BMT-ni öz missiyasını icra etməyə çağırdı
Əliyevin 65-ci sessiyadakı çıxışı Dağlıq Qarabağ problemi və bu problemin fəsadları üzərində qurulmuşdu
Şənbə, 25.09.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələr başlayıb. APA-nın "AzərTac" agentliyinə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib.

"Azərbaycan davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıyır". Bunu Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 65-ci iclasındakı çıxışı zamanı deyib. Prezident qeyd edib ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır.

"Azərbaycan dağıdıcı müharibələr və işğaldan əziyyət çəkən ölkə kimi hesab edir ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək, BMT-yə üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır", - deyə prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir:

"Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirilməsini, ağır cinayətlərin əsas məsuliyyətinin Ermənistanın üzərində olduğunu tanıyıb. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib".

Dövlət başçısı BMT-nin Dağlıq Qarabağın Azərbaycan hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını bəyan etdiyini diqqətə çatdırıb:

"BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı da buna oxşar qətnamələr qəbul ediblər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir".

Prezident İlham Əliyev deyib ki, Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ilə təhlükəli olan daha böyük gərginlik yaratmaq siyasəti yolunu tutub.

Dövlət başçısı onu da bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini sübut edən tarixi və mədəniyyət abidələrini məhv etmək siyasəti aparır.

Prezident xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonlarda silahlı münaqişənin nizamlanması Azərbaycan üçün əsas problem olaraq qalır.

O, regionda sülh və sabitliyə nail olmaq üçün ATƏT Minsk Qrupunun sülhməramlı missiyasının genişləndirilməsinə ümid etdiyini bildirib:

"Münaqişənin həlli müəyyən vaxt çərçivəsində işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması, bütün kommunikasiyaların bərpası, Dağlıq Qarabağ üçün bir keçid statusun verilməsi, beynəlxalq təhlükəsizlik zəmanətlərinin tətbiq olunması, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtmasından ibarətdir. Biz Azərbaycanın tərkibində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üçün danışıqları davam etməyə hazırıq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib

Avstraliya Azərbaycana nota verdi

"Azərbaycan bayrağı İst-river sahilində"

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"

Bölmənin digər xəbərləri
 
NATO-nun Qafqaz siyasətində "durğunluq dövrü" başlayıb
Bu dövr uzun sürə bilər

Qurultayda ciddi qərarlar gözlənir
Cəbhəçilərin Müsavatla birləşməyə "hə" deyəcəkləri realdır

"Siyasi özfəaliyyətə" qarşı sərt mövqe
Namizədliyini geri götürməyən YAP-dan çıxarılacaq

Ruslar Qarabağ münaqişəsini "çox ağır problem" sayır
Və danışıqlarda üçüncü tərəfi qəbul etmirlər

Lalə Şövkət parlament siyasətindən imtina edib
Liberallar seçkiyə lidersiz gedirlər

Deputatlığa namizədlərin nəzərinə
MSK parlament seçkiləri ilə bağlı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adını açıqlayıb

Muxtar Respublika seçki komissiyalarını müxalifətsiz formalaşdırıb
Bunun günahı müxalifətdə görülür

Vaşinqtonda qlobal enerji sammiti
Xəzərin karbohidrogen ehtiyatı və BTC-nin əhəmiyyəti vurğulanıb

Avropa Şurasının İnformasiya Ofisi ləğv olunur
Səbəb - islahatlardır

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil

Balakəndə Azərbaycan-Gürcüstan sərhəd müzakirəsi
Razılaşdırılmayan sahələrə dair fikir mübadiləsi olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər