Hal-hazırda Ayna qəzetinin 18.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ölkədə siqaretə ciddi yasaqlar gözlənir
Ölkədə siqaretə ciddi yasaqlar gözlənir
Muxtar respublika buna yaxşı mənada bir örnəkdir
Şənbə, 18.09.2010

İdrak Abbasov mətn ölçüsü  

Yaxın zamanlarda Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qanunla qoyulan yasaqların tətbiqinə başlanacaq. Hökumətdəki mənbədən "Ayna"ya daxil olan məlumata görə, təhsil ocaqlarında və onlara yaxın ərazilərdə, istirahət parklarında, qapalı restoranlarda və digər yerlərdə siqaret çəkənlər İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək. Ən ciddi cərimələrə isə azyaşlılara siqaret satan şəxslər məruz qalacaq. Bir neçə dəfə və bilərəkdən yasağı pozanlara qarşı isə cinayət işi də açıla bilər.

Belə ki, artıq bu gerçəkdən mütərəqqi və həyati baxımdan zəruri addım Naxçıvan Muxtar Respublikasında tətbiq edilməyə başlanıb. Hələlik Muxtar Respublikada iri ticarət obyektlərində siqaret çəkmək yasaq edilib. Amma gələcəkdə siqaret çəkilməsinin Muxtar Respublikanın bütün ünvanlarında qadağan ediləcəyi gözlənir.

Belə ki, mümkün yasaq artıq iri siqaret istehsalçılarını narahat etməyə başlayıb və onların bu yasağa qarşı müxtəlif şəkillərdə kampaniya aparmağa girişəcəkləri proqnozlaşdırılır.

Yeri gəlmişkən, Milli Məclisin bir neçə deputatı, özəlliklə də Qənirə Paşayeva siqaret əleyhinə ciddi kampaniya aparır. Amma son günlər bəzi kütləvi informasiya vasitələri və xüsusilə ATV kanalı dolayısı ilə siqareti reklam etməyə başlayıb. Belə hesab etmək olar ki, siqaret istehsalçıları artıq hərəkətə keçiblər. Məsələn, telekanalın aparıcısı Elçin Əlibəyli "El içində" verilişinin son nümayiş olunan buraxılışını siqaret çəkmək və ya çəkməmək məsələsinə həsr edib. Aparıcının özü və bəzi qonaqları, habelə çox titullu tibb alimi kimi təqdim etdiyi yaşlı adam da siqaretin insan səhhətinə ziyan vurmadığını "sübut etməyə" çalışıblar.

Eyni zamanda, sözügedən telekanalın digər şoularının birində müğənni Aygün Kazımova bu şou-proqrama "nədənsə" məhz siqaret çəkdiyi "trubka"sını hədiyyə edib və aparıcı Nanə xanım az qala bu hədiyyəni analoqu olmayan yüksək karatlı brilyant kimi qəbul edib. Elə həmin şounun digər qonağı müğənni Nisə Qasımova ilə söhbət dolayısı ilə siqaretin insana faydası üzərində qurulub. Hətta rejissor Kənan M.M.-in Nisə xanımı vəsf edən şeirində də siqaretin bu müğənninin həyatındakı əvəzolunmaz roluna ayrıca toxunub və müğənninin özü də siqareti dinləyicilərə az qala özünün "xilaskar"ı kimi təqdim edib.

Hər halda, adıçəkilən telekanalda siqaretin təbliğ olunmasının naşılıq, savadsızlıq, təsadüfdən və ya bilərəkdən müəyyən ödənişlər qarşısında aparıldığı istisna deyil. Amma onu da yaddan çıxarmamalıyıq ki, Azərbaycanda siqaretin istənilən formada reklamı qanunla yasaqdır.

Hansısa zəhərli maddələrlə zəngin bir bitkinin yarpağının kağızda və ya qəlyanda yandırılaraq tüstüsünün ciyərlərə doldurulmasının insanın özü və onun əhatəsindəkilər üçün nə kimi fəsadlara yol açdığı dünyanın öncül ölkələrinin təbabət elmi tərəfindən min dəfələrlə sübut olunub və Qərb dünyası bu gün siqaretin fəsadlarından xilas olmaq üçün hətta ən radikal addımlara gedir. Özü də etirazlardan çəkinmədən və inadkarcasına. Misal üçün, Türkiyə. Bizim ölkədə isə hər işdə olduğu kimi gecikirik. Siqaretə yasaqlar millətin fiziki xilas məsələsi olduğunu unutmamalıyıq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran televiziyasından çirkin təbliğat

Üç milyon əhalisi siqaret çəkən bir ölkədə...

Bölmənin digər xəbərləri
 
Hərbi Polisdə kütləvi yoxlama?
Sentyabrın 15-də axşam saatlarında müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin göstərişinə əsasən Hərbi Polisin Bakı şəhərindəki hərbi hissələrindən birində genişmiqyaslı yoxlama tədbirləri aparılıb.

İşğal bölgəsində arxeoloji abidələr talan edilir
Bu "arxeoloji qazıntılar" saxtakarlığı əsaslandırmağa hesablanır

300-dək azərbaycanlı müəllim işdən azad edilib
Daha 28 məktəb bağlanmaq təhlükəsi ilə üzləşib

İcra başçıları üçün "seçki toplantısı"
Onlara "seçki proseslərinə müdaxilənin yaxşı şey olmadığı" izah ediləcək

Ruslar məscidə razı deyillər
Moskvada etiraz aksiyası keçirilib

Pul qazanmaq istəyən KİV-ləri MSK-da gözləyirlər
Ödənişli təşviqat üçün qeydiyyatdan keçməlisən

Rəsmi Bakı viza ilə bağlı məsələni müzakirəsinə başlayıb
Türkiyə ilə vizanın ləğvi bir sıra dövlət qurumları ilə razılaşdırılmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər