Hal-hazırda Ayna qəzetinin 18.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Kürün vurduğu ziyanın alternativ hesabatı aparılıb
Kürün vurduğu ziyanın alternativ hesabatı aparılıb
İddia edilir ki, hökumət adamları da az ziyan vurmayıblar
Şənbə, 18.09.2010

İ.Telmanoğlu mətn ölçüsü  

İrimiqyaslı daşqınların nəticələrinin mayın 7-dən başlayaraq monitorinqini aparan "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı ilkin nəticələri açıqlayıb. Qərargah srağagün "Kür daşqınlarının yaratdığı problemlər, mövcud vəziyyət və çıxış yolları" mövzusunda ümumrespublika forumu keçirib. Forumda dövlət idarələrinin, vətəndaş cəmiyyətinin və daşqından əziyyət çəkən kəndlərin təmsilçiləri iştirak edirdilər.

Forumda "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, 2010-cu il mayın əvvəlindən başlayaraq Kür çayının daşqınları nəticəsində 20 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura böyük həcmdə ziyan dəyib.

Çıxışlarda Kürdə daşqınların təbii fəlakət kimi qiymətləndirilməsinin doğru olmadığı qeyd edilib. M.Əliyev hesab edir ki, daşqınlar səmərəsiz idarəetmə nəticəsində baş verib. İlkin araşdırmalar göstərib ki, problemin yaranması daha çox son illər Kür-Araz çaylarının və deltanın lildən təmizlənmədiyi, sahil bərkitmə, bəndvurma işlərinin həyata keçirilmədiyi, ehtiyat su anbarlarının təmir olunmadığı, ayrılan vəsaitlərdən səmərəli istifadə edilmədiyi ilə bağlıdır. Özü də təkcə 2005-2010-cu illərdə bu işlərlə bağlı 1 milyard manata yaxın (750 milyon manat dövlət büdcəsindən, 200 milyon manat xarici kredit şəklində) vəsait xərclənib...

Daşqınların nəticələrinin aradan qaldırılması üçünsə Milli Məclisin qərarı ilə dövlət büdcəsindən 300 milyon manat ayrılıb.

"Kür" Qərargahı daşqın zonasında 2200 təsərrüfatda monitorinq aparıb və hər təsərrüfat üzrə ayrıca anket tərtib edib. Bu il avqustun 25-də polis vətəndaş cəmiyyətinin monitorinq qrupunu daşqın zonasından çıxarıb və monitorinqlərin davamına imkan verməyib.

"Kür" Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, ictimai məlumatlandırma aşağı səviyyədədir, dəyən ziyan obyektiv qiymətləndirilmir, kompensasiya və yardımların verilməsində pozuntulara yol verilib, kompensasiyaların verilməsində korrupsiya və mənimsəmə faktları qeydə alınıb, ayrılan kompensasiyalar dəyən ziyanın aradan qaldırılması üçün yetərli deyil, fəlakət bölgəsində ekoloji vəziyyət ağırdır, fəlakətin aradan qaldırılmasında ictimai iştiraka kobud müdaxilələr olub, sel daşqınlarının baş verməməsi üçün ayrılan vəsaitlər səmərəli xərclənməyib, Kür boyu ərazilərdə qrunt sularının təsir gücü artmaqdadır. O dedi:

"Hesab edirik ki, hökumət daşqın bölgəsində mövcud problemlərin aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Dövlət büdcəsindən vəsaitlərin düzgün xərclənməsinə nəzarəti gücləndirməli, baş vermiş neqativ hallara görə və korrupsiya elementlərində təqsirli şəxslərə qarşı cinayət işi qaldırılmalıdır".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Novruz Məmmədov bildirib ki, poçt şöbələri Fövqəladə Hallar Nazirliyi tərəfindən 8 rayon üzrə 5403 nəfərə konpensasiya göndərib. "Konpensasiyaların 99 faizi ünvanlara çatdırılıb. Yalnız 266 nəfərə kompensasiya çatdırılmayıb. Onlardan 22 nəfər vəfat edib, 126 nəfərin ad və ya soyadında səhv olub, 77 nəfərin ünvanı müəyyən edilməyib, 9 nəfər kompensasiyadan imtina edib".

O, eyni zamanda, kompensasiyaların çatdırılmasında yol verilən nöqsanlarla bağlı ittihamların düzgün olmadığını bildirib. "Poçtalyonlar hər bir insana kompensasiyanı şəxsən təqdim edib və onlar pulları aldıqları ilə bağlı imza atıblar".

Bu zaman yerli sakinlər əvvəlcə bir çox insanlara qəbzlərdə göstərilən məbləğin yarısının verildiyini və prokurorluq orqanlarına şikayət edildikdən sonra məbləğin qalan hissəsinin qaytarıldığını deyib. "Biz istənilən şikayəti araşdırmağa və lazımi ölçü götürməyə hazırıq", - deyə N.Məmmədov qeyd edib.

Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əbdürrəhman Hacıyev son illər aparılan bəndvurma işlərindən danışıb. O həmçinin bəndvurma və əsaslı təmir işlərinə cəmi 3 milyon manat vəsait ayrıldığını deyib. "1988-ci ildən sonra bəndvurma işlərində durğunluq hökm sürürdü. Yalnız son illər bu sahəyə vəsait ayrılmağa başlayıb. Biz Sabirabadda 32 kilometr, Saatlıda isə cəmiyyətin daxili vəsaiti hesabına 68 kilometr bərpa işləri aparmışıq".

Yerli icmanın nümayəndələri fəlakət zonasında vəziyyətin acınacaqlı olduğunu, əhalinin ağır sosial duruma düşdüyünü, kompensasiyaların verilməsində qanunsuzluqların baş verdiyini, bəzi hallarda evi uçanlara deyil, digərlərinə ev tikildiyini, əkin sahələrinin lildən təmizlənmədiyini, əhalinin toxuma, kənd təsərrüfatı texnikasına ehtiyacı olduğunu, ekoloji durumun ağır olduğunu diqqətə çatdırıb.

"Mənim ailəmə heç bir kömək göstərilməyib. Yağış altında qalmışıq. Son günlər yağan yağışlar başımıza damıb, beş uşağım xəstəlik tapıb. Yeməyə ərzağımız belə qalmayıb", - deyə Saatlı rayonunun Dəllər kənd sakini Xanım Cəlilova göz yaşları ilə bildirib.

İcma üzvləri fəlakət zonasında vəziyyətin pisləşməkdə davam etdiyini, qarşıdan gələn qışın durumu daha ağırlaşdıracağını bildirib. "Yerli hakimiyyət orqanları heç bir iş görmür. Hətta şikayətlərimizə belə cavab verən yoxdur. Bizim səsimizi dövlət başçısına çatdırın", - deyə Hacıqabul rayonunun Meyniman kənd sakini Gülbahar Quliyeva qeyd edib. 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Oğuzda arxeoloqlar qizil maska tapiblar

Orduda qəsdən adam öldürmə cinayətləri artıb

Güneydə "Kərkük variantı"?

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri

"Qurdlar Vadisi Pusu"nun kompüter variantı

Bölmənin digər xəbərləri
 
"Azərbaycan tarixi" dərslikləri müzakirə edilib
Onlarda kifayət qədər yanlışlıqlar var

Valideynlərin sentyabr təlaşı
və bəzi direktorların satış "müqavilə"si

Orta məktəblərdə "fond pulu"
Hər məktəbdə bir məbləğ - 10 manat, 25 manat və s.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər