Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Məsciddə silahlı atışma
Lənkəranda baş vermiş hadisə dini deyil, kriminal xarakter daşıyır
Şənbə, 04.09.2010

Xaqani Səfəroğlu mətn ölçüsü  

Ötən gecə Lənkəran rayonunun Qumbaşı kəndində silahlı insident baş verib. "Ayna"ya daxil olan məlumata görə, gecə saat 00.15-də bir neçə minik maşınında Masallıdan gələn bir qrup şəxs "Əhya" gecəsi münasibəti ilə məsciddə toplaşmış adamlara odlu silahdan atəş açıb.

Nəticədə Qumbaşı kəndinin sakini, 1969-cu il doğumlu Elşən Hüseynov həlak olub. Döş qəfəsindən yaralanan Ramin Ağamalıyev isə Lənkəran rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. "Ayna"ya Lənkəran prokurorluğundan bildiriblər ki, cinayətin motivləri araşdırılır.

"Ayna" qəzeti hadisələrin təfərrüatlarını öyrənib. Məsciddə baş vermiş silahlı insident dini deyil, kriminal xarakter daşıyır. Belə ki, Qumbaşı kəndində qeydiyyatda olan, Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Şirəliyev Emin Gülağa oğlu Masallı rayonundan olan bir nəfərin şəxsi maşınını və qızıl əşyalarını zorla əlindən alıb. Yerli sakin Rahib Haşımovun "Ayna"ya verdiyi məlumata görə, bundan sonra Şirəliyev Qumbaşı kəndinə gəlib. Masallının kriminal dairələri "razborka"nı həll etmək üçün Qumbaşıya gəliblər və Eminin üzə çıxmasını tələb ediblər. Dünən gecə yenidən kəndə qayıdan Masallı sakinləri Eminin məsciddə gizləndiyini güman edərək ora üz tutublar. Əhya gecəsi münasibəti ilə məsciddə olan gənclər və yeniyetmələrdən Emini tələb ediblər. Bu zaman məsciddə namaz qılmağa gəlmiş Hüseynov Elşən Əhliman oğlu gələnlərə Eminin burada olmadığını və təhqirləri yığışdırmığı tələb edib. Bu zaman gələnlərdən biri söyüş söyərək "vurun bunu" qışqıraraq "Vinçestr" markalı silahdan atəş açıb. Nəticədə Elşən həlak olub. Bundan sonra məsciddə olan digər yeniyetmə Ağamoğlanov Ramin qaçaraq evdən köhnə xəncərlə cumarkən gələnlər ona da bir güllə vurub yaralayıblar. Bundan sonra gələnlər qaçıb aradan çıxıblar. Lənkəran polisi hadisədə iştirakı olan bir neçə nəfəri həbs edib.

Daha sonra məlum olub ki, Lənkəranda baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanıb. Onlar Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətovdur. Bu barədə DİN mətbuat xidmətindən "Ayna"ya məlumat verilib. Digər şübhəlilərin də tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

"Əbubəkr məscidini biz partlatmamışıq"

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

Bölmənin digər xəbərləri
 
2500 sürücü cərimə olunub
"Təmiz hava" aylığı paytaxtda situasiyanın bərbadlığını göstərib

Ordumuz daha bir əsgər itirdi
Bu il itkilərimiz 60-a yaxınlaşıb

Bakıda antiiran aksiyası
Bu gün saat 14.30-da "Dalğa" gənclər hərəkatının üzvləri və Güney Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndələri İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər ("Turan").

Ölkədə qanunsuz yaşayan əcnəbilər qovulub
Onların hansı ölkədən olduqları isə bildirilmir

Dərbəndin 5000 illiyi qeyd ediləcək
Bununla bağlı tədbirlər planı hazırlanıb

23 min vətəndaş korrupsiya ilə bağlı müraciət edib
Amma bu son rəqəm deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər