|
|
Şənbə, 04.09.2010
|
|
mətn ölçüsü |
|
|
|
Bu gün saat 14.30-da "Dalğa" gənclər hərəkatının üzvləri və Güney Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndələri İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər ("Turan").
İyirmiyə yaxın gənc Cənubi Azərbaycanın (İranın şimalı) suverenliyi uğrunda mübarizə aparan fəalların azad edilməsini tələb ediblər. Onlar "İran - oğru!", "Güney Azərbaycan fəallarına azadlıq!" şüarları səsləndiriblər.
Mülki geyimli şəxslər səfirliyin qarşısında aksiya iştirakçılarını saxlayıblar və bir neçə fəalı saxlayaraq, Səbail rayon 9-cu polis bölməsinə aparıblar.
|
|
|
|
|
|
|