Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
2500 sürücü cərimə olunub
2500 sürücü cərimə olunub
"Təmiz hava" aylığı paytaxtda situasiyanın bərbadlığını göstərib
Şənbə, 04.09.2010

mətn ölçüsü  

Azərbaycan paytaxtında bu ilin avqust ayında "Təmiz hava" aylığı keçirilib. Aylıq çərçivəsində ixrac etdiyi qazların tərkibində normadan artıq zərərli maddələr aşkarlanan avtomobillər saxlanılıb, 2500 sürücü inzibati qaydada cərimə olunub. Bu barədə cümə günü "Trend"ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev danışmışdır.

Hənifəyevin sözlərinə görə, atmosfer havasının çirklənməsinin qarşısını almaq istiqamətində avqustun 1-dən 31-dək paytaxt ərazisində yerləşən avtomobil təsərrüfatlarında və yollarda müvafiq tədbirlər həyata keçirilib.

Şöbə rəisi bildirir ki, reydlər zamanı 35 avtonəqliyyat müəssisəsinə baxış keçirilib. Yoxlamalar zamanı müəssisələrdə 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbonoksigenin (CO) miqdarı norma həddinə endirilib.

Bakıda avtotəsərrüfatı olan müəssisə, idarə və təşkilatlarda avtomaşınlar ay ərzində yoxlanılıb, xaricdən gətirilmiş xüsusi qurğularla nəqliyyat vasitələrinin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı müəyyən edilib.

Aylıq çərçivəsində Bakının küçə və magistral yollarında reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında CO-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunub. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Atmosferə normadan artıq zəhərli maddələr buraxan nəqliyyat vasitələri sürücülərinin əməli İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə tövsif olunur. Həmin maddəyə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı pozuntu hesab olunur və 20 manatdan 30 manatadək cərimə nəzərdə tutulur.

Bundan başqa, atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi ilə bağlı 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılıb, 1250 manat məbləğində ödəmə tətbiq olunub. Bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi saytında yayılan məlumatda deyilir.

Aylıq çərçivəsində ETSN və yol polisi əməkdaşları tərəfindən birlikdə aparılan yoxlamalar zamanı Dövlət Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında beş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında dörd, "Körpü-Bina-Tikinti" MMS-nin qarajında doqquz, "Bakı Yükdaşıma Nəqliyyat" ASC-nin qarajında üç, "Qum adası" NQÇİ-də üç, "Azneft" İB-nin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental Müəssisəsində yeddi avtonəqliyyat vasitəsi "zay" çıxıb. Həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda atmosfer çirklənməsinin 60 faizdən çoxu nəqliyyat vasitələrinin payına düşür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənnilərin avtomobili gözə gəlib

Müğənnilərin avtomobil yarışı

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

Nəfəs almaq çətinləşir

Bölmənin digər xəbərləri
 
Ordumuz daha bir əsgər itirdi
Bu il itkilərimiz 60-a yaxınlaşıb

Bakıda antiiran aksiyası
Bu gün saat 14.30-da "Dalğa" gənclər hərəkatının üzvləri və Güney Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndələri İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər ("Turan").

Ölkədə qanunsuz yaşayan əcnəbilər qovulub
Onların hansı ölkədən olduqları isə bildirilmir

Dərbəndin 5000 illiyi qeyd ediləcək
Bununla bağlı tədbirlər planı hazırlanıb

23 min vətəndaş korrupsiya ilə bağlı müraciət edib
Amma bu son rəqəm deyil

Məsciddə silahlı atışma
Lənkəranda baş vermiş hadisə dini deyil, kriminal xarakter daşıyır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər