Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ordumuz daha bir əsgər itirdi
Bu il itkilərimiz 60-a yaxınlaşıb
Şənbə, 04.09.2010

Cəsur mətn ölçüsü  

Ordumuz daha bir əsgərini itirdi. APA-nın məlumatına görə, hadisə sentyabrın 2-də Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində baş verib. Kürdəmir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Cavad Abdullayev (1992) xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilir ki, əsgər Cavad Abdullayevin ölümü ilə nəticələnən xəstəliyin səbəbləri həkim tibbi ekspertizası tərəfindən araşdırılır.

Bununla da Azərbaycan Silahlı Qüvvələrinin 2010-cu ildəki itkilərinin sayı 60-a yaxınlaşıb. Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən "Ayna"ya bildirilib. Məlumatda o da qeyd olunur ki, itkilərin təxminən 12-si döyüş (düşmən gülləsi), 48-i isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə yaralananların və xəsarət alanların sayı isə 50 nəfərdən artıqdır.

"Bu göstəricilər 2003-cü ildən bu yana ən böyük göstəricilər hesab edilə bilər" deyə məlumatda bildirilib.

"Doktrina" mərkəzi itkilərlə bağlı 2010-cu ilin 9 aylıq yekunlarına dair hesabatı oktyabrın əvvəllərində ictimaiyyətə açıqlayacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

BMT Azərbaycan hökumətini tənqid etdi

Orduda itkilər artır

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

Bölmənin digər xəbərləri
 
2500 sürücü cərimə olunub
"Təmiz hava" aylığı paytaxtda situasiyanın bərbadlığını göstərib

Bakıda antiiran aksiyası
Bu gün saat 14.30-da "Dalğa" gənclər hərəkatının üzvləri və Güney Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndələri İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər ("Turan").

Ölkədə qanunsuz yaşayan əcnəbilər qovulub
Onların hansı ölkədən olduqları isə bildirilmir

Dərbəndin 5000 illiyi qeyd ediləcək
Bununla bağlı tədbirlər planı hazırlanıb

23 min vətəndaş korrupsiya ilə bağlı müraciət edib
Amma bu son rəqəm deyil

Məsciddə silahlı atışma
Lənkəranda baş vermiş hadisə dini deyil, kriminal xarakter daşıyır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər