Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Böyük Vətən müharibəsinə fərqli baxış
Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil
Şənbə, 04.09.2010


Rauf Məmmədov
mətn ölçüsü  

Müharibənin elə ilk günlərindən sovet qoşunları olduqca böyük itkilər verdiyini tarixdən bilirik. Belorusiya Hərbi Dairəsi qoşunları "Qərb cəbhəsi" adı altında döyüşlərə başladı. Yüz minlərlə əsgər və zabitin həyatı bahasına əldə edilmiş döyüş təcrübəsi müharibə barədə tədqiqatlarda öz dəyərinə layiq qiymət almayıb. Ruslar bilərəkdən susur, almanlar uduzan tərəf kimi mövzuya toxunmur (qaşıyıb qan çıxarmaq məsələsi), amma belə tarixi faktları bilmək böyük müharibədə 400 min qurban vermiş xalqım üçün önəmli görünür. Bir də ona görə önəmli sayırıq ki, bu gün səngərlərdə düşmənlə üz-üzə dayanmışıq. Döyüş alnımıza yazılıb və müharibə qanunlarını bilməliyik.

Belorusiya fəlakəti

Müharibə başlayan gündən "Qərb xüsusi hərbi dairəsi", ta iyulun 10-na - Smolensk uğrunda döyüşlər başlayana kimi "Qərb cəbhəsi" adını daşıyıb və sovet qoşunlarının ilk müdafiə əməliyyatını həyata keçirirdi. "Qərb cəbhəsi"nin ikinci müdafiə əməliyyatı Smolensk istiqamətində 10 iyuldan 30 iyula kimi davam etdi.

Almanların "Mərkəz" ordular qrupu öz tərkibində 51 diviziyanı cəm etmişdi: 34 piyada, 9 tank, 7 motoatıcı və 1 süvari diviziyası...

Havadan isə bu qoşunlara Almaniyanın "2-ci hava donanması" dəstək verirdi və onun tərkibində 1611 hərbi təyyarə var idi. Almanların "Mərkəz" ordular qrupuna qarşı rusların "Qərb xüsusi hərbi dairəsi"nin və "Baltikyanı xüsusi hərbi dairəsi"nin sol cinah qoşunları mücadilə verirdilər. Birinci müdafiə əməliyyatının başlanğıc məqamında sovet tərəfinin beş ordusu və beş ayrı mexanikləşdirilmiş və atıcı korpuslarının da tərkibində 51 diviziya var idi. Bunlardan 30-u atıcı diviziya, 13-ü tank diviziyası, 6-sı mexanikləşdirilmiş diviziya və 2-si süvari diviziya idilər. Əməliyyatın gedişində cəbhənin tərkibinə daha 45 diviziya verilmişdi. Beləliklə, ruslar 96 diviziya (bunlardan da 13-ü tank diviziyası) ilə almanların cəmi 51 diviziyasına qarşı vuruşurdular, həm də almanların 9 tank diviziyası var idi. Üstəlik "Qərb xüsusi hərbi dairəsi"nin hərbi hava qüvvələrinin tərkibində 1785 hərbi təyyarə döyüşürdü.

Deməli, sovet qoşunları yerdə ikiqat üstünlüyə malik idilər, hərbi hava qüvvələrinin nisbətini isə bərabər saymaq olar. Amma müharibə hesab dərsi deyil...

İtkilərdə fantastik fərq

Xəstələri nəzərə almasaq, əməliyyatın son gününə - yəni iyulun 10-na kimi alman tərəfi hər diviziyada 400 adam itirmişdi, bu itkilər də ehtiyatda olan batalyon və digər köməkçi hərbi hissələrin hesabına dolduruldu, yəni itkilər cəmi 22 min nəfər etdi, bunlardan ölənlər və itkin düşənlər 6 min nəfər oldu. Almanlar tanklarını 50% itirmişdilər.

REKLAM

"Qərb cəbhəsi"nin itkiləri isə (sovet tərəfi) əməliyyatın sonuna kiim 417.729 nəfər oldu, bunlardan ölənlər və itkin düşənlər 341.012, yaralananlar 76.717 nəfər idi.

Burdan belə nəticə çıxır ki, hər 2 ölü alman əsgərinin payına sovet tərəfindən 341012:6000=57(!) qurban düşürdü. Müharibədə itkilərin belə nisbəti ağlasığmaz haldır. Hətta bir nəfər əli silahlının 57 nəfəri öldürməsi belə asan iş deyil.

Düşünmək olar ki, müharibənin əvvəlində panik qorxuya düşmüş sovet əsgərləri silah-sursatı ataraq bir yerə toplanırlarmış və hər atılmış alman minası, ya da mərmisi kütlə şəklində (qoyun sürüsü kimi müqayisə korrekt deyil, lakin dəqiqdir) bir yerə cəm olmuş əsgərlərin arasında partlayaraq yüzlərlə canlı qüvvənin məhvinə səbəb olurmuş. Bura səngərlərdən çıxıb qaçanların pulemyot atəşi ilə kütləvi şəkildə biçilməsini da əlavə etmək lazımdır. Təkcə elə Minskdən qərbdə almanlar bir həmlə ilə sovet tərəfinin 329.000 hərbi qulluqçusunu əsir almışdılar. Müharibənin trofeyləri kimi almanlar 3332 təptəzə tank və 1809 artilleriya qurğusu ələ keçirmişdilər.

Belə çıxır ki, müharibənin ilk günlərində, yəni 22 iyun 1941-dən 10 iyul 1941-ə kimi sovet qoşunları "Ağanı döydülər, biz qaçdıq" məsəlindəki tərzdə müharibə edirlərmiş, başqa halda - 1 milyon əli silahlının vur-tut 6000 əsgər öldürməsi, yəni bir alman əsgərini tələf etməkdən ötrü 166 nəfər sovet əsgərinin müharibə etməsi lap heyrətamiz möcüzəyə bənzəyir. Rusların qəhrəmanlıqları bundan ibarət idi?!

Bu hal müharibə cəhalətinin parlaq təzahürü idi. Praktiki olaraq, qısa müddət ərzində "Qərb xüsusi hərbi dairəsi"nin (o zaman üçün SSRİ-nin ən yaxşı silahlanmış və kadrlarla təchiz olunmuş hərbi dairəsi) Minskdən qərbdə yerləşən bütün hərbi birləşmələri öz silahları ilə birlikdə sovet komandanlığı üçün itirilmişdilər. Şəxsi heyətin itkiləri isə ilkin sayın (yəni müharibə başlayan günə ərzaq payı alanların sayı) 70%-nə bərabər idi.

İşlərin belə gedişatından qəzəblənən, hətta G.Jukovla sovet qoşunlarının Baş Qərargahında söyüşən Stalin (bu da tarixi faktdır) QXND-in komandanı və müharibə başlayan gündən "Qərb cəbhəsi"nə rəhbərlik edən general V.Pavlovu, onun bir neçə müavinini Moskvaya çağırıb hərbi tribunalın mühakiməsinə vermişdi. Stalin dövründə məhkəməyə verilməyin də bir nəticəsi var idi. İlk Sovet İttifaqı qəhrəmanlarından olan general V.Pavlov və onunla birlikdə "Qərb cəbhəsi" üçün məsuliyyət daşıyan çoxsaylı generallar, polkovniklər və digər yüksəkrütbəli komandirlər tezliklə güllələndilər.

Sovet qoşunlarının belə fərsiz döyüşməsi ayrı-ayrı fərdi qəhrəmanlıq halları ilə tərs mütənasib idi. Məsələ burasındadır ki, rusların radio əlaqə vasitələri, demək olar, yox idi. Qərargahlar hərbi hissələrlə yalnız naqil rabitəsi əlaqəsi ilə, bəzi yerlərdə hətta süvari kuryerlərin köməyi ilə əlaqə saxlayırdılar. Cəbhə xətti Birinci dünya müharibəsində olduğu kimi, cəmi 2-3 kilometr dərinliyinə hesablanır və ön səngər mütləq piyadalarla dolu olurdu. Çox vaxt istehkamlar bir-birinə yaxın qazılaraq 2-3 ard-arda düzülmüş səngərlərdən və yenə də ön cəbhəyə yaxın yerləşdirilmiş çöl top batareyalarından ibarət olurdu. Bəzi yerlərdə ruslar çoxsaylı beton bunkerlər tikmişdilər və bunlara "uzunmüddətli müdafiə istehkamı" adı vermişdilər.

Bundan əlavə, tank hücumları təhdidi olan istiqamətlərdə, tank bölmələrinin həmlələrinin qarşısını almaqdan ötrü xüsusi hazırlıq görülmürdü. Əlbəttə, o vaxtın sovet hərbi doktrinası qüsurlu idi, çünki hakim tezis deyirdi ki, "düşmənin hər hansı hücumu tezliklə dəf ediləcək və sovet qoşunları müharibəni düşmən ərazisində, özü də hücum üslubunda keçirəcəklər". Amma atalar deyib: "sən saydığını say, gör fələk nə sayır".

Bütün bunlardan hali olan almanlar artıq hücuma başlamazdan əvvəl uzaqvuran topların atəşi ilə rusların naqil rabitəsini sıradan çıxarır və bundan sonra sovet hərbi birləşməsinin komandiri əslində qarşısındakı alman qüvvələri ilə təkbaşına vuruşur, arxada yerləşən və ehtiyat hərbi qüvvələri idarə edən qərargah isə döyüş meydanından xəbərsiz, kor-koranə qərarlar qəbul edirdi.

Rusların almanlardan texniki geriliyi o dərəcədə böyük idi ki, onların hətta təyyarələrində də ratsiya yox idi və Lendliz qanunu üzrə Amerikadan, ondan bir az əvvəl İngiltərədən hərbi yardım alınana kimi rus təyyarəçiləri göydə bir-biri ilə barmaqlarının işarələri ilə əlaqə saxlayırdılar. Deməli, göyə qalxan qırıcı və ya bombardmançı yalnız yerdə aldığı tapşırığın yerinə yetirilməsinə göndərilirdi və əgər bu zaman ərzində hansısa mövqe dəyişikliyi olarsa, sovet təyyarəçiləri bundan xəbərsiz qalır, ya da cəbhədə vəziyyəti aydınlaşdırmaq üçün özlərini ölümcül təhlükəyə ataraq çox aşağıdan uçmağa məcbur olurdular.

Almanların taktikası

Hücuma başlayan almanlar rabitəni pozduqdan sonra əsgərlərlə dolu olan səngərləri dəqiq minomyot atəşinə tuturdular. Bu da şəxsi heyət arasında böyük itkilərə səbəb olur, əsgərlərdə panik əhval-ruhiyyə yaradırdı. Elə vaxt olurdu ki, hələ almanlar hücuma keçməmiş sovet əsgərləri birinci səngəri qoyub geri qaçırdılar ki, bu cəhənnəmdən canlarını xilas etsinlər. Onda da alman pulemyotçuları qaçanları arxadan biçirdilər.

Heç də sirr deyil ki, müharibənin başlanğıc dövründə sovet əsgərlərinin əksəriyyəti kürəkdən aldıqları güllə və qəlpə yaraları ilə cəbhədən təxliyyə edilirdi. Nəhayət, almanların tankları hücuma keçir və demoralizə edilmiş sovet qoşunlarının cəhbəsini asanlıqla yarırdı. Taktiki döyüş zolağındakı qələbə strateji həmlələr üçün imkan yaradırdı. Çünki qüvvələrin bərabər halda cəhbə boyu səpələnməsi üsulu ilə qurulan birpilləli müdafiə sistemi asanlıqla yarılırdı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır

Rəqsanə Röyanı təkrarlayacaq

Elizabet Teylor ürəyindən əməliyyat olunub

Poçtlar maliyyə strukturuna çevrilir

Bölmənin digər xəbərləri
 
Medvedev Qarabağ münaqişəsinin həllindən bir söz demədi
Amma bizi Azərbaycanla Ermənistanı eyni gözdə gördüklərinə inandırmağa çalışdı

Ermənistan təşvişə düşüb
BMT Baş Assambleyasında müzakirə Azərbaycan üçün əhəmiyyətlidir

Gürcüstanda milli azlıqlarla görüş
Məqsəd onları konstitusiya müzakirələrinə cəlb etməkdir

Bakıda minalara dair beynəlxalq tədbir keçiriləcək
Türkiyə - Suriya sərhədində minatəmizləmə əməliyyatı davam etdirilir

AXCP-Müsavat bloku "Birlik" adı daşıyacaq
Blok ictimai rəydə populyar olan bu adı brend kimi götürmək istəyir

Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Parlamentin 5 illik fəaliyyətinə isə yaxşı qiymət verir

Bloqçular - hamı Nabrana!
Bloqçu siyasətçi deyil, öz fikrini bölüşən insandır

"Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur"
İlqar Məmmədov seçkilərin gərgin keçəcəyini deyir

Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
İnquşetiya prezidenti: "Üçüncü, dördüncü tərəflərin iştirakı lazım deyil"

İqtidaryönlü partiyalar siyasi blok yaradır?
Loyal siyasi qüvvələr arasında məsləhətləşmələr getdiyi deyilir

İslamçılar da seçkilərə qatılacaq
Onların 10 dairədə öz namizədi olacaq

Həmsədrlər gəlirlər
Onlar Xankəndiyə də gedəcəklər

Müsavatçılar seçkiləri boykot edəcək
Söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir

Piter Semnebi Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir.

Namizədlərə ayrılan efir vaxtı narahatlıq doğurur
Media eksperti 23 gün ərzində Azərbaycanda seçki kampaniyasının aparılmasını mümkün saymır

Xaricdə oxumuş gənclər deputat olmaq istəyir
Onlar "Gənc Azərbaycan" seçki bloku yaradıblar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər