Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xaricdə oxumuş gənclər deputat olmaq istəyir
Onlar "Gənc Azərbaycan" seçki bloku yaradıblar
Şənbə, 04.09.2010


S.Abbaszadə
mətn ölçüsü  

Xaricdə təhsil almış və işləmiş bir qrup fəal gənc parlament seçkilərində iştirak etməyi qərara alıb və bu məqsədlə "Gənc Azərbaycan" seçki bloku yaradıblar. Gənclərin "Turan"a verdiyi məlumata görə, hələlik onlar üç nəfərdir: Natiq Bayramov - ADİU-də və ABŞ-ın Marşaltaun Kollecində təhsil almışdır. Belçikada Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi olub. Fransada Azərbaycanlı Vətəndaşların Avropa Forumunun qurucusudur. Namizədliyini 53 saylı Quba-Qusar seçki dairəsindən irəli sürəcək.

Bəxtiyar Hacıyev - Harvard Universitetinin İctimai Siyasət üzrə magistratura proqramının məzunudur. Əvvəllər beynəlxalq tələbə təşkilatının Azərbaycan nümayəndəliyinin qurucusu, BMT Baş Assambleyasında Azərbaycanın gənc nümayəndəsi olub. Namizədliyini 17 saylı 3-cü Yasamal dairəsindən irəli sürəcək.

Azad Namazov - Türkiyənin Boğaziçi Universiteti və ABŞ-ın Florida Universitetinin məzunudur. Namizədliyini 47 saylı Mingəçevir seçki dairəsindən irəli sürəcək.

Blok üzvləri ölkədə baş verən dəyişikliklərin "Həqiqət, Ədalət, Ləyaqət" kimi təməl dəyərlərə əsaslanaraq, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, daha yaxşı təhsil və səhiyyə xidməti ilə təmin edilməsi, eləcə də ölkədə hüquqi dövlət quruculuğu, məhkəmə sistemində islahatlar, inhisarçılıq və korrupsiya ilə effektiv mübarizə, demokratikləşmə prosesinə töhfə vermək niyyətindədirlər. Blok qarşıdan gələn seçkilərə "Müsbət dəyişiklik" ismarıcı ilə gedəcək.

"Gənc Azərbaycan" blokunun üzvləri hesab edirlər ki, Milli Məclisə seçiləcək müstəqil gənc millət vəkilləri siyasi iradə nümayiş etdirməklə köhnə problemlərə yeni, davamlı və qısa müddət ərzində nəticə verən həll yolları tapa bilər, vətəndaşlarımızın rifahını yüksəldən addımlar ata bilərlər. Eyni zamanda, blok üzvləri ölkəmizdən kənarda siyasət, iş, media və akademik sahədə malik olduqları şəxsi əlaqələr sayəsində işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsi başda olmaqla, Azərbaycanın milli maraqları uğrunda fəaliyyətlərini daha da səmərəli davam etdirərək, daha uğurlu nəticələr əldə edəcəklərinə inanırlar.

Seçkilərə start verilənə qədər bloka yeni namizədlərin qoşulacağı gözlənir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

YAP bələdiyyə seçkilərinə hazırlaşır

Avropa müxalifəti seçkilərə dəvət edir

Dərbənddəki varlığımıza qarşı mənhus planlar

Bələdiyyə seçkiləri sönük keçirilir

Görünən seçkiyə nə bələdçi?

Bölmənin digər xəbərləri
 
Medvedev Qarabağ münaqişəsinin həllindən bir söz demədi
Amma bizi Azərbaycanla Ermənistanı eyni gözdə gördüklərinə inandırmağa çalışdı

Ermənistan təşvişə düşüb
BMT Baş Assambleyasında müzakirə Azərbaycan üçün əhəmiyyətlidir

Gürcüstanda milli azlıqlarla görüş
Məqsəd onları konstitusiya müzakirələrinə cəlb etməkdir

Bakıda minalara dair beynəlxalq tədbir keçiriləcək
Türkiyə - Suriya sərhədində minatəmizləmə əməliyyatı davam etdirilir

AXCP-Müsavat bloku "Birlik" adı daşıyacaq
Blok ictimai rəydə populyar olan bu adı brend kimi götürmək istəyir

Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Parlamentin 5 illik fəaliyyətinə isə yaxşı qiymət verir

Bloqçular - hamı Nabrana!
Bloqçu siyasətçi deyil, öz fikrini bölüşən insandır

"Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur"
İlqar Məmmədov seçkilərin gərgin keçəcəyini deyir

Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
İnquşetiya prezidenti: "Üçüncü, dördüncü tərəflərin iştirakı lazım deyil"

İqtidaryönlü partiyalar siyasi blok yaradır?
Loyal siyasi qüvvələr arasında məsləhətləşmələr getdiyi deyilir

İslamçılar da seçkilərə qatılacaq
Onların 10 dairədə öz namizədi olacaq

Həmsədrlər gəlirlər
Onlar Xankəndiyə də gedəcəklər

Müsavatçılar seçkiləri boykot edəcək
Söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir

Piter Semnebi Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir.

Namizədlərə ayrılan efir vaxtı narahatlıq doğurur
Media eksperti 23 gün ərzində Azərbaycanda seçki kampaniyasının aparılmasını mümkün saymır

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər