Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir. Bu barədə "Turan" İnformasiya agentliyinə AB-nin xüsusi nümayəndəsinin Azərbaycan ofisindən bildiriblər.
O, Azərbaycan hakimiyyəti ilə ənənəvi məsləhətləşmələr keçirəcək və Dağlıq Qarabağın Azərbaycanlı icmasının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
"Səfər zamanı əsas diqqət Azərbaycanda və Cənubi Qafqazda baş verən son hadisələrə, habelə qarşıda duran parlament seçkilərinə yetiriləcək", - deyə ofisin məlumatında bildirilir.