Azərbaycan İslam Partiyası Milli Məclisə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib. Bu barədə "Ayna"ya partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. Onun sözlrinə görə AİP rəsmi dövlət qeydiyyatından keçmədiyinə görə, üzvlər namizədliklərini sərbəst şəkildə irəli sürəcəklər.
Partiya marafonda məhdud sayda namizədlə iştirak etmək niyyətindədir. AİP 10-dək dairədə namizədlərlə çıxış etməyi planlaşdırırlar. "Partiya rəhbərlərinin seçkilərə qatılacaqları hələ bəlli deyil. Onlar yaxın günlərdə qərarlarını açıqlaycaqlar", - deyə A.Heydərli bildirib.