Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
İnquşetiya prezidenti: "Üçüncü, dördüncü tərəflərin iştirakı lazım deyil"
Şənbə, 04.09.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevi müşayiət edən İnquşetiya Respublikasının prezidenti Yunus-bek Yevkurov Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Y.Yevkurov bildirib ki, yaxın iki ay ərzində Azərbaycanla Rusiya Federasiyasının Şimali Qafqaz federal dairəsinə daxil olan subyektlər, o cümlədən İnquşetiya arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Y.Yevkurov deyib ki, bu əməkdaşlıq aqrar-sənaye kompleksi, inşaat, turizm, mədəniyyət və idman sahələrini əhatə edir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Y.Yevkurov İnquşetiyanın Rusiya Federasiyasının subyekti olduğuna diqqət çəkib: "Xarici siyasət bizim səlahiyyətimizdə deyil. Bu siyasəti prezident və xarici işlər nazirliyi müəyyənləşdirir. Mənim öz mövqeyim olsa da, hansısa qiymətləndirmə apara bilmərəm. Amma hesab edirəm ki, Qafqazdakı münaqişələr qardaşcasına, dostcasına, üçüncü, dördüncü tərəflərin iştirakı olmadan həll edilməlidir. Arzu edirəm ki, bu münaqişə yaxın vaxtlarda həll olunsun".

Qonaq İnquşetiyada 1300-dən artıq azərbaycanlının çalışdığını, onların əksəriyyətinin bizneslə məşğul olduğunu söyləyib:

"Bu faktor və qədim əlaqələrimiz münasibətlərin genişləndirilməsinə şərait yaradır. Biz çox istərdik ki, Azərbaycan biznesi bizim aqrar-sənaye kompleksinə cəlb olunsun. Biz məmnuniyyətlə kolxoz bazarlarının, iri ticarət mərkəzlərinin inşasını sizin sərmayəçilərinizə həvalə edərik. Orada həm yerli əhali, həm də Azərbaycan diasporunun nümayəndələri çalışa bilər. Mən sizin iş adamlarınızla görüşüb, onları Maqas şəhərində məscid tikintisinə cəlb etməyə çalışacağam".

Y.Yevkurovun sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı prezident İlham Əliyev deyib ki, Azərbaycan biznesmenləri Rusiyanın Krasnodar vilayətində çay fabriki və konserv zavodu inşa edirlər:

"Biz də belə sərmayələrə etiraz etməzdik, şəkər, çay fabriklərinin inşa edilməsini istərdik. Orada qadınlar da çalışa bilər. Bizdə əhalinin məşğulluğu sahəsində problemlər var".

Azərbaycan-Rusiya sərhədindən kriminal ünsürlərin keçməsi haqda suala cavab verən İnquşetiya rəhbəri bu gün bu iki ölkə arasında sərhəd xəttinin təsdiqlənməsi haqqında sənəd imzalandığını qeyd edərək bunu tarixi hadisə kimi qiymətləndirib:

"İstənilən sərhəddən həm normal insanlar, həm də cinayətkarlar keçir. Burada qorxulu bir şey yoxdur, hüquq-mühafizə orqanlarımız sıx əməkdaşlıq edir".

Y.Yevkurov ötən il İnquşetiyada neytrallaşdırılan cinayətkar dəstənin tərkibində 2 azərbaycanlının da olduğunu təəssüflə vurğulayıb:

"Mən o zaman demişdim ki, minlərlə azərbaycanlı buradakı bazarlarda, kənd təsərrüfatı, tikinti sahəsində halal zəhmətlə çalışır, amma bəziləri gəlib bir müddət yaşadıqdan sonra banditlərə qoşulur".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri

Rusiya Ermənistan və Dağlıq Qarabağdan bərk yapışıb

Güney Qafqaz dünyanın diqqət mərkəzində

Bölmənin digər xəbərləri
 
Medvedev Qarabağ münaqişəsinin həllindən bir söz demədi
Amma bizi Azərbaycanla Ermənistanı eyni gözdə gördüklərinə inandırmağa çalışdı

Ermənistan təşvişə düşüb
BMT Baş Assambleyasında müzakirə Azərbaycan üçün əhəmiyyətlidir

Gürcüstanda milli azlıqlarla görüş
Məqsəd onları konstitusiya müzakirələrinə cəlb etməkdir

Bakıda minalara dair beynəlxalq tədbir keçiriləcək
Türkiyə - Suriya sərhədində minatəmizləmə əməliyyatı davam etdirilir

AXCP-Müsavat bloku "Birlik" adı daşıyacaq
Blok ictimai rəydə populyar olan bu adı brend kimi götürmək istəyir

Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Parlamentin 5 illik fəaliyyətinə isə yaxşı qiymət verir

Bloqçular - hamı Nabrana!
Bloqçu siyasətçi deyil, öz fikrini bölüşən insandır

"Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur"
İlqar Məmmədov seçkilərin gərgin keçəcəyini deyir

İqtidaryönlü partiyalar siyasi blok yaradır?
Loyal siyasi qüvvələr arasında məsləhətləşmələr getdiyi deyilir

İslamçılar da seçkilərə qatılacaq
Onların 10 dairədə öz namizədi olacaq

Həmsədrlər gəlirlər
Onlar Xankəndiyə də gedəcəklər

Müsavatçılar seçkiləri boykot edəcək
Söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir

Piter Semnebi Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir.

Namizədlərə ayrılan efir vaxtı narahatlıq doğurur
Media eksperti 23 gün ərzində Azərbaycanda seçki kampaniyasının aparılmasını mümkün saymır

Xaricdə oxumuş gənclər deputat olmaq istəyir
Onlar "Gənc Azərbaycan" seçki bloku yaradıblar

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər