Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bloqçular - hamı Nabrana!
Bloqçular - hamı Nabrana!
Bloqçu siyasətçi deyil, öz fikrini bölüşən insandır
Şənbə, 04.09.2010

Fərəh Sabirqizi mətn ölçüsü  

Dünən media orqanlarını, İnternet saytlarını Azərbaycanın ən hündür bayrağının bir gün ərzində cırılması və endirilməsi xəbəri bürüdü. Bu xəbərin təsdiqini isə ilk olaraq bloqlarda yer alan şəkillər və videolar sübut etdi. Son vaxtlar müxtəlif bloqlarda ən maraqlı və operativ xəbərlərin daha çox yayılmasının şahidi oluruq. Bu da Azərbaycanda yeni media ənənələrinin oturuşması, onların sürətli inkişafından xəbər verir.

Amma bu sahənin də problemləri az deyil. Məhz həmin problemləri müzakirə etmək, onların həll yollarını aramaq məqsədilə sentyabrın 10-12-də Azərbaycanda ilk dəfə "BLOQOSFER 2010" adı altında forum keçiriləcək. Adından da göründüyü kimi, bu tədbir öz ətrafında bütün Azərbaycan üzrə bloqçular və yeni media mütəxəssislərini toplayacaq. Toplantının təşkilatçılarından biri - İnternet Texnologiyaları, İnternet və Media Birliyinin layihə meneceri Azər Nəzərov deyir ki, əsas məqsəd bloq sektorunun cəmiyyətə verəcəyi faydanın artırılması, bu sahənin inkişafını əngəlləyən halların aradan qaldırılması üçün bir araya gəlib müzakirələr açmaqdır:

"Əksər xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni media və yeni media vasitələrinin sürətli inkişafı gedir. Bu da həmin sektora olan marağı artırır, medianın bu növü ilə məşğul olan mütəxəssislərin sayı durmadan artır. Lakin etiraf edək ki, bu cür təsir gücünə malik olan sektora marağın artımı özünü təkcə kəmiyyətdə deyil, keyfiyyətdə də göstərməlidir".

Azər Nəzərov deyir ki, həm kəmiyyət, həm də keyfiyyət artımlarını əngəlləyən bir çox obyektiv və ya subyektiv məsələlər var. Və bu məsələlərin ilk olaraq elə yeni media istifadəçilərinin özləri tərəfindən müzakirəsi çox vacibdir:

"Azərbaycanda bloqçuluq kifayət qədər inkişaf edib, sadəcə, dünyanın digər ölkələrindən fərqli olaraq, bizdə bloqçulara münasibət mənfidir. Xüsusilə Emin Milli və Adnan Hacızadənin həbsindən sonra buna qarşı təbliğat aparılır. Hətta bəzi müxalifət partiyalarının və QHT-lərin də bizə münasibəti yaxşı deyil".

A.Nəzərovun fikrincə, nəyə görəsə Azərbaycanda bloqçulara hökumət əleyhinə çıxan təbəqə kimi yanaşırlar, onların fəaliyyətini siyasiləşdirirlər:

"Amma bloqçu siyasətçi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır. Özü də bunu qısa bir zamanda etmək mümkündür. Qəzetə verdiyin yazı ən tez bir gün sonra oxuculara çatır, onların reaksiyasını dərhal öyrənə bilmirsən. Bloqlarda isə texnologiyanın verdiyi imkanlar daha genişdir".

Bloqların verdiyi imkanların günü-gündən artdığını deyən müsahibim videobloqları dediklərinə misal çəkir. Yəni artıq hər bloqçu informasiyanı video vasitəsilə oxucularına çatdıra bilir: "İndi hər kəs başa düşür ki, internet oxucusunun vaxtı çox məhduddur və informasiyanı qısa zamanda və aydın bir dildə oxucuya çatdırmaq lazımdır. Bir dəqiqəlik videoblok və altından şərhlər - bu şəkildə informasiya mübadiləsi daha səmərəlidir. Çünki dövr bunu tələb edir.

A.Nəzərovun sözlərinə görə, artıq toplantı ilə bağlı təşkilati məsələlər yekunlaşmaq üzrədir. Forumda 100-ə yaxın iştirakçının olacağı gözlənilir. Forumun anonsunu daha geniş dairələrə yaymaq məqsədilə toplantıya dair maraqlı ssenarisi olan video çarxlar hazırlanıb. Proqrama əsasən, iştirakçıların özləri müzakirə etmək istədikləri məsələləri müəyyənləşdirib sonra diskussiyalar aparacaqlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc bloqçuların azad edilməsi tələb edilir

Nabranda yeni kurort mərkəzi inşa olunacaq

Bölmənin digər xəbərləri
 
Medvedev Qarabağ münaqişəsinin həllindən bir söz demədi
Amma bizi Azərbaycanla Ermənistanı eyni gözdə gördüklərinə inandırmağa çalışdı

Ermənistan təşvişə düşüb
BMT Baş Assambleyasında müzakirə Azərbaycan üçün əhəmiyyətlidir

Gürcüstanda milli azlıqlarla görüş
Məqsəd onları konstitusiya müzakirələrinə cəlb etməkdir

Bakıda minalara dair beynəlxalq tədbir keçiriləcək
Türkiyə - Suriya sərhədində minatəmizləmə əməliyyatı davam etdirilir

AXCP-Müsavat bloku "Birlik" adı daşıyacaq
Blok ictimai rəydə populyar olan bu adı brend kimi götürmək istəyir

Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Parlamentin 5 illik fəaliyyətinə isə yaxşı qiymət verir

"Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur"
İlqar Məmmədov seçkilərin gərgin keçəcəyini deyir

Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
İnquşetiya prezidenti: "Üçüncü, dördüncü tərəflərin iştirakı lazım deyil"

İqtidaryönlü partiyalar siyasi blok yaradır?
Loyal siyasi qüvvələr arasında məsləhətləşmələr getdiyi deyilir

İslamçılar da seçkilərə qatılacaq
Onların 10 dairədə öz namizədi olacaq

Həmsədrlər gəlirlər
Onlar Xankəndiyə də gedəcəklər

Müsavatçılar seçkiləri boykot edəcək
Söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir

Piter Semnebi Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir.

Namizədlərə ayrılan efir vaxtı narahatlıq doğurur
Media eksperti 23 gün ərzində Azərbaycanda seçki kampaniyasının aparılmasını mümkün saymır

Xaricdə oxumuş gənclər deputat olmaq istəyir
Onlar "Gənc Azərbaycan" seçki bloku yaradıblar

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər