Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan təşvişə düşüb
Ermənistan təşvişə düşüb
BMT Baş Assambleyasında müzakirə Azərbaycan üçün əhəmiyyətlidir
Şənbə, 04.09.2010

C.Məmmədov mətn ölçüsü  

"Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda geniş məlumat əldə edir".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

Səməd Seyidov qeyd edib ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir:

"Bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbulu öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir".

Komitə sədri artıq Ermənistanın təşvişə düşdüyünü də vurğulayıb: "Çünki BMT müstəvisində müzakirəyə çıxarılan bu məsələ Ermənistanı işğalçı kimi tanıtmaqla yanaşı Azərbaycanın diplomatik uğurudur. Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək. Bütün hallarda, bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır".

Yeri gəlmişkən, sentyabrın 23-də Türkiyə prezidentinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hökumət və dövlət başçılarının sammiti keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Ərtoğrul Apakan bildirib. Sammit BMT Təhlükəsizlik Şurasının öz qarşısına qoyduğu əsas hədəfin - sülh və beynəlxalq təhlükəsizliyin bərqərar olması məqsədinin həyata keçirilməsi imkanlarının möhkəmləndirilməsinə həsr olunacaq. TŞ üzvləri preventiv diplomatiya, sülhpərvərlik və postmünaqişə dövründə sülh quruculuğu səylərinə xüsusi diqqət yetirəcəklər. Təhlükəsizlik Şurasının sonuncu analoji sammiti 2000-ci ildə keçirilib. Ərtoğrul Apakan qeyd edib ki, Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti prezident və baş nazir səviyyəsində təmsil olunacaq. BMT Təhlükəsizlik Şurasının sentyabr ayındakı gündəliyinə gəldikdə daimi nümayəndəliyin rəhbəri bildirib ki, bu ay Nepal, Əfqanıstan, Liberiya və Syerra-Leonedə vəziyyət müzakirə olunacaq, Yaxın Şərqdə vəziyyətə dair ənənəvi brifinq keçiriləcək.

Təhlükəsizlik Şurası sanksiyalar üzrə komitənin İranla bağlı hesabatını da dinləyəcək. Xatırladaq ki, bu aydan etibarən BMT Təhlükəsizlik Şurasında sədrlik Türkiyəyə keçib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

BMT Azərbaycan hökumətini tənqid etdi

Almaniya yığması Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Medvedev Qarabağ münaqişəsinin həllindən bir söz demədi
Amma bizi Azərbaycanla Ermənistanı eyni gözdə gördüklərinə inandırmağa çalışdı

Gürcüstanda milli azlıqlarla görüş
Məqsəd onları konstitusiya müzakirələrinə cəlb etməkdir

Bakıda minalara dair beynəlxalq tədbir keçiriləcək
Türkiyə - Suriya sərhədində minatəmizləmə əməliyyatı davam etdirilir

AXCP-Müsavat bloku "Birlik" adı daşıyacaq
Blok ictimai rəydə populyar olan bu adı brend kimi götürmək istəyir

Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Parlamentin 5 illik fəaliyyətinə isə yaxşı qiymət verir

Bloqçular - hamı Nabrana!
Bloqçu siyasətçi deyil, öz fikrini bölüşən insandır

"Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur"
İlqar Məmmədov seçkilərin gərgin keçəcəyini deyir

Qafqazda münaqişələr dostcasına həll olunmalıdır
İnquşetiya prezidenti: "Üçüncü, dördüncü tərəflərin iştirakı lazım deyil"

İqtidaryönlü partiyalar siyasi blok yaradır?
Loyal siyasi qüvvələr arasında məsləhətləşmələr getdiyi deyilir

İslamçılar da seçkilərə qatılacaq
Onların 10 dairədə öz namizədi olacaq

Həmsədrlər gəlirlər
Onlar Xankəndiyə də gedəcəklər

Müsavatçılar seçkiləri boykot edəcək
Söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir

Piter Semnebi Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Bakıya gəlir.

Namizədlərə ayrılan efir vaxtı narahatlıq doğurur
Media eksperti 23 gün ərzində Azərbaycanda seçki kampaniyasının aparılmasını mümkün saymır

Xaricdə oxumuş gənclər deputat olmaq istəyir
Onlar "Gənc Azərbaycan" seçki bloku yaradıblar

Böyük Vətən müharibəsinə fərqli baxış
Savaş hesab dərsi deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər