Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın vətənpərvər mahnılarından olan "Azərbaycan" tabsaran dilinə tərcümə edilərək əcnəbi sənətçilərin biri tərəfindən oxunub.
Hələlik bu barədə Zülfiyyə Xanbabayevanın ətraflı məlumatı yoxdur. Mahnının ifaçısı isə nə "Azərbaycan"ın bəstəkarı olan Hüseyn Abdullayevdən, nə də Zülfiyyə xanımdan razılıq almayıb. Qeyd edək ki, bu günə qədər Zülfiyyə xanımın repertuarında olan bir neçə mahnısı əcnəbilər tərəfindən oğurlanaraq ifa edilib. Bunlardan "Məni daha gözləmə" və s. misal çəkmək olar. Sonuncuya gəlincə, müğənni hələlik bu barədə açıqlama verməyib. Çünki hazırda xarici ölkələrin birində səfərdə olan xalq artisti Bakıya qayıdandan sonra xəbərin təfərrüatı ilə maraqlanıb mövqeyini açıqlayacaq.