Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Samir Bağırov: "Narkotik asılılıqdan əziyyət çəkdim"
Samir Bağırov:
"Narkotik asılılıqdan əziyyət çəkdim"
Müğənni yenidən səhnəyə qayıdır
Şənbə, 04.09.2010

Xatun mətn ölçüsü  

Sənət aləmində fasilələrlə görünən müğənni Samir Bağırov uzun fasilədən sonra növbəti qayıdış etdi. İndi mahnılar yazdırır və özünə yeni repertuar qurur. Dediyinə görə, hələ bir müddət ictimaiyyət arasında görünəcək. Onun bir də nə vaxt pressiyaya düşəcəyi isə bəlli deyil. Bu yaxınlarda doğum günü olan müğənninin həmkarları ilə bir araya gələcəyi ehtimal edilsə də, müğənni fikrindən vaz keçdi. Halbuki onlarca sənət dostu ondan ad günü dəvəti gözləyirdi:

- Mən əksər vaxtlarda maraqlı ad günü proqramları təqdim etmişəm. Bunların hətta bir neçəsi mənim uzun zamankı depressiyadan sonra səhnəyə qayıdışım kimi də qəbul edilirdi. Bu il də eyni ənənəni gözləyirdilər. Özüm də bu barədə düşündüm. Amma sonra fikrimdən yayındım. Eyniliyi sevmirəm. İstədim ki, qayıdışımı sadəcə olaraq mətbuat vasitəsi ilə göstərim. Birdən-birə böyük kütlə ilə ünsiyyətə girmək istəmirəm.

- Niyə? Nədən ehtiyat edirsən?

- Bilirəm ki, suallar çox olacaq. Burada olmadığım müddətdə ağır xəstəliyə tutulmağım, hətta ölüm xəbəri yayıldı. Bilirəm ki, mənim görünməyim insanların beynində bu xəbəri təzələyəcək.

REKLAM

Ona görə də fikrimi media vasitəsi ilə çatdırmaq istəyirəm. İstəmirəm ki, köhnə məsələlər qabardılsın.

- Həqiqətən də ağır xəstəliyə tutulmuşdun?

- Bu, xəbərlərdə yazılan kimi düzgün diaqnoz deyildi. Mən bir müddət narkotik asılılıqdan əziyyət çəkirdim. Bu məni gözdən iraq saldı. Moskvaya da bu səbəbdən getdim müalicə olunum. Bu məsələlər artıq geridə qalıb deyə, çox danışmaq istəmirəm. İndi özümü yaxşı hiss edirəm. Müalicədən sonra dəhşətli şəkildə kilo almışdım. Sonra arıqlamaq üsullarına keçdim. 20 kiloya yaxın arıqlaya bilmişəm. Amma indiki çəkim də az deyil. Proses hələ davam edir. Hələ 20-25 kilo da arıqlamaq istəyirəm. Səhnəyə artıq çəki ilə çıxmaq istəmirdim.

- Həmkarlarından tutmuş media işçilərinə qədər yaşadığın ünvana gedənlər oldu, lakin qapını onların üzünə açmadığın deyildi. Hətta ən yaxın dostlarından olan Aygün Kazımova da səninlə əlaqəni media vasitəsi ilə yaratmaq məcburiyyətində qalmışdı. Səni gizlənməyə vadar edən narkotikaya bağlılığın idi?

- Əslində Moskvadan Bakıya apreldə gəlmişəm. O vaxtdan buradayam. Qalan müalicəmi də evimdə davam etdirdim. Amma mən hamının bildiyi ünvanda yaşamırdım. Bakıya gələn kimi yerimi dəyişdim. Başqa evdə yaşamaq istədim. Məni mobil telefon vasitəsi ilə tapanlar olub. Amma mən zəngləri və mesajları cavabsız qoyurdum. Özümü görünmək, səhnəyə çıxmaq üçün hazır görmürdüm.

- Bu müddətdə ancaq evdə, qapalı şəraitdə oturmusan?

- Demək olar, hə. Arada bir hava almaq üçün çıxmışam.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Madonna səhnədə huşunu itirdi

"Bərbərxanalarda xəbərdarlıq plakatları asılsın"

Samir Cavadzadə və Elnur - narkotika aludəçisi?

Narkotik alverçiləri

Bölmənin digər xəbərləri
 
Almaz Ələsgərli: "Yenə də sevilirəm"
Özü də sevgi mesajları alır

Bilal Əliyev ölkələr gəzir
Amma istirahət yox, konsert üçün

"İndiki müğənnilər boğazlarına əziyyət vermirlər"
Əməkdar artist Cavanşir Məmmədov belə deyir

Reper avtomobil qəzasına düşdü
Təqsir qarşı tərəfdə olub...

"İlhamə xanımın məclisi Milli Məclis deyil ki..."
Doğum gününün təfərrüatı

"Bu aralar"a klip çəkilib
İradə İbrahimova təqdimat məqsədilə Bakıya gələcək

Kərim Türkiyədə danışıq aparır
Müğənni özünü qardaş ölkədə tanıdır

Səfurə Əlizadə "Universal music" şirkəti ilə əməkdaşlıq edəcək
Xarici səfərləri isə davam edir

Zülfiyyə Xanbabayevanın mahnısı oğurlandı
Onun isə hələlik bundan xəbəri yox



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər