Kərimin Türkiyə şou-biznesinə qatılmaq iddiası həllinə yaxınlaşıb. Hazırda Türkiyədə səfərdə olan müğənni "Ayna" qəzetinə bildirib ki, buraya həm ziyarət, həm ticarət məqsədi ilə gəlib. Yay mövsümünün son günlərində Türkiyədə dincəldiyini bildirən gənc müğənni musiqi şirkətlərinin biri ilə danışıqlar aparır. Yaxın aylar üçün planlaşdırdığı yaradıcılıq layihəsini məhz Türkiyə üçün nəzərdə tutub.
"Bu çox maraqlı və möhtəşəm bir layihə olacaq. Sırf Türkiyə üçün nəzərdə tutulur. Amma iş danışıqlardan asılı olduğundan təfərrüatı ilə açıqlaya bilmirəm. Şirkət də bəzi təkliflər irəli sürüb. Səfərimi başa vurandan sonra bu barədə KİV-ə konkret açıqlamam olacaq", - deyə Kərim bildirdi.
Xatırladaq ki, müğənninin ikinci nikaha daxil olmaq istəyi sentyabr-oktyabr aylarına təsadüf edəcək. Müğənni toy gününün hələ dəqiqləşmədiyini bildirdi.
|