İradə İbrahimovanın repertuarında yer alan "Bu aralar" mahnısına Türkiyədə klip çəkilib. Sənətçinin mətbuat əlaqələndiricisi xəbər verir ki, rejissoru türkiyəli Tamer Aydoğdu olan bu mahnının musiqi müəllifi Minayə xanım, sözləri isə Günel Sərdarqızına məxsusdur. Maraqlı kadrları özündə əks etdirən klip kinoplyonkaya çəkilib.
Mətbuat katibi bildirib ki, hazırda Türkiyədə olan İbrahimova klipinin təqdimatı üçün Bakıya səfər edəcək. Öyrəndik ki, təqdimat mərasimi yaxın 2 həftəyə planlaşdırılıb.
|