Reper Hüseyn Dərya avtomobil qəzasına düşüb. Hadisə ötən gün protojesi olan gənc müğənni Aynurla səsyazma studiyasından qayıdarkən baş verib. Reperin "Ayna" qəzetinə bildirdiyinə görə, təqsir onlarda deyil, qarşı tərəfdə olub.
"Bizim yol gəldiyimiz "Nummer" markalı maşın Aynura məxsusdur. Lakin çox vaxt mən idarə edirəm. Yol gələrkən başqa xarici markalı bir avtomobil sürətlə qarşımıza çıxaraq bizim avtomobili əzdi. Bizə bir şey olmasa da, Aynurun avtomobilinə ziyan dəydi. Maşından düşüb o adamla davaya başladım. Çünki avtomobilini içkili vəziyyətdə idarə edirdi. Həmin şəxslə belə qərara gəldik ki, dəyən ziyanı üzərinə götürsün. Aynurun maşını tezliklə təmirə göndəriləcək", - deyə reper bildirdi.
|