Dələduzluq məsələsi ibtidai istintaqa qaytarılıb
|
Şənbə, 04.09.2010
|
|
mətn ölçüsü |
|
|
|
Vətəndaşların əmlakını ələ keçirməklə dələduzluq edən paytaxt sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir. Prosesdə zərərçəkənlərin nümayəndəsi vəsatətlə çıxış edərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını və zərərçəkənlərin istintaq materialları ilə tanış olması üçün şərait yaradılmasını xahiş ediblər. Məhkəmə vəsatəti təmin edib və cinayət işinin ibtidai istintaqa - Bakı şəhər Prokurorluğuna qaytarılması barədə qərar verib. İttihama görə, paytaxt sakini Rəşad Dünyamin oğlu Məmmədov (1975) 2007-2009-cu illərdə paytaxt sakinlərini aldadaraq, vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Müəyyən edilib ki, R.Məmmədov vətəndaşların evlərini, avtomobillərini alacağı adla rəsmiləşdirib, sonra isə həmin əmlakı banka girov qoyaraq müxtəlif məbləğlərdə pul götürüb. Həmin pulların bir qismini alğı-satqı etdiyi şəxslərə verdikdən sonra qalan pulu mənimsəyib. Rəşad Məmmədov bu minvalla 76 nəfəri aldadıb. Ümumilikdə isə vətəndaşların 6 milyon manat pulunu mənimsəyib.
|
|
|
|
|
|
|